Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Atəşgahın qonşusu: «Atəşfəşanlığa televizordan baxmalı olduq»


«Atəşgah məbədi». İndi də od yanır. Ancaq bu, qaz xətti vasitəsilə yanan oddur. Sayğacı da var.
«Atəşgah məbədi». İndi də od yanır. Ancaq bu, qaz xətti vasitəsilə yanan oddur. Sayğacı da var.

-

Bakının Suraxanı kəndindəki «Atəşgah məbədi» bu günlər yaman qonaq-qaralıdır. Məktəblilər, əcnəbi turistlər son günlər yolunu burdan tez-tez salır. Məbədin əməkdaşları deyir ki, aprelin 26-da prezident Avropa Oyunlarının məşəlini yandırandan sonra isə gələnlərin sayı daha çoxalıb:

«Əvvəl də gələnlər çox idi. Ancaq bu qədər deyildi. Avropa Oyunlarına görə gələnlərin sayı artıb».

MƏBƏDGAHIN ODU AXŞAMLAR SÖNDÜRÜLÜR

Zərdüştiliyin rəmzi sayılan bu məbədin ilk tikilisi tövlə sayılır, 1713-cü ilə aiddir. Mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın pulu ilə tikilib. Dördbucaqlı səcdəgahın mərkəzində qədimlərdə əbədi od yanırmış. İndi də od yanır. Ancaq bu, qaz xətti vasitəsilə yanan oddur. Sayğacı da var. Gündüzlər yandırılır, axşamlar söndürülür.

Muzeyin əməkdaşı Fərqanə Bəşirova deyir ki, Suraxanıda neft çıxarılandan sonra od sönüb:

«19-cu əsrin sonlarında burda neft çıxarılandan sonra od tükənib. Hindlilər də məbədi tərk edib gediblər».

Sonuncu kahin buradan 1880-ci ildə çıxıb gedib.

Atəş­ga­hın beş­gu­şə­li hə­yə­ti hüc­rə­lər­lə əha­tə edi­lib. Hüc­rə­lə­rin gi­ri­şi üzə­rin­də Hind di­lində ki­ta­bə­lər həkk olu­nub.

Kahinlərin maketləri
Kahinlərin maketləri

Bu sahə Atəşgahın ən qədim hissəsi hesab edilir. Arxeoloji qazıntılar zamanı məbədin qədim tikililərinin qalıqları burda aşkar edilib. Dördtağlı hücrənin ilk səcdəgah olduğu ehtimal edilir. Səcdəgah sonradan həyətyanı sahənin mərkəzinə köçürülüb.

OD MƏBƏDİ, KEROSİN ZAVODU, QORUQ...

19-cu əsrdə Su­ra­xa­nı mə­bə­di ke­ro­sin zavodu­na çev­ril­ib, günbəzin­də­ki od isə söndü­rül­übmüş. 1970-ci illərdə yenidən təmir edilib, məbəddə qaz yandırılıb. 2007-ci ildə prezidentin sərəncamı ilə məbəd qoruq elan edilib. 2009-2013-cü illərdə genişmiqyaslı bərpa edilib.

Bura gələnləri daha çox hücrələrdə ayinlər icra edən kahinlərin maketləri cəlb edir.

Atəş­ga­hın beş­gu­şə­li hə­yə­ti hüc­rə­lər­lə əha­tə edi­lib.
Atəş­ga­hın beş­gu­şə­li hə­yə­ti hüc­rə­lər­lə əha­tə edi­lib.

«Burda maraqlı maketlər var. Onlar özlərini oda atıb günahlarını təmizləyirmişlər, maraqlıdır».

İspaniyadan olan Silvia kahinlərin dini ayinlər zamanı istifadə etdiyi xüsusi geyimlərə və dini maskaya maraqla baxır. Deyir ki, burda özünü Hindistandakı kimi hiss edir:

«Mən Hindistanda olmuşam. Azərbaycanda od məbədi cəlbedicidir. Çünki buranın əhalisi müsəlmanlardır. Ancaq belə bir məbəd də var».

Bir neçə gün əvvəl Avropa Oyunları ilə bağlı Atəşgahda yeni ekspozisiya qurulub. Ekspozisiyada qoruq ərazisindən tapılan eksponatlarla yanaşı, Abşeronda aparılmış qazıntılar zamanı aşkar edilən əşyalar da nümayiş olunur.

Onlar özlərini oda atıb günahlarını təmizləyirmişlər.
Onlar özlərini oda atıb günahlarını təmizləyirmişlər.

Avestadan bir parça isə görünən yerə vurulub: «Mən xeyirli düşüncələri, xeyirli sözləri alqışlayıram və qəbul edirəm. Bütün şər düşüncələrdən, sər sözlərdən, şər əməllərdən imtina edirəm».

VƏ ATƏŞGAHIN OLDUĞU YERDƏ YAŞAMAQ...

Avropa Oyunları ilə bağlı Atəşgahdan götürülən od indi ölkənin bütün bölgələrini gəzir. Aprelin 26-da keçirilmiş mərasim isə qəsəbə sakinləri üçün çox «yaddaqalan» olub. Məşəl mərasimi ilə bağlı həmin gün məbədin yaxınlığında yaşayan adamlara evlərindən çıxmağa imkan verilməyibmiş. Sakinlər deyir ki, səhər saat 8-dən axşam 12-yə qədər hər həyətdə iki polis olub:

Bakı-2015 birinci Avropa Oyunları məşəlinin alovlandırılması - 26 aprel 2015
Bakı-2015 birinci Avropa Oyunları məşəlinin alovlandırılması - 26 aprel 2015

- «Həmin gün işdən gəlirdim, çoxlu polislər vardı. Məni evimə getməyə qoymurdular. Dedim, «ay oğul, prezidentə Atəşgah da qurban, siz də qurban. Evimə getməyə imkan vermirsənsə, onda evimi gətir bura». Dedi, «xala, nə qəliz danışırsınız?» Dedim, «prezident hələ iki saatdan sonra gələcək, məni evimə qoymursunuz. Bəs mən burda oturub qalım?». Nə isə, çox danışdılar, sonra məni evimə buraxdılar».

- «Polislər həmin gün səhər saat 8-dən gəldilər, axşam saat 12-yə qədər bizi evdən bayıra çıxmağa qoymadılar. Hər həyətə iki polis qoymuşdular. Burdan ora qədər yekə, xarici maşınlar vardı. Məşəli götürüb gedənə qədər həyətdən bayıra addım atmadıq».

- «Prezident gələcək deyə, silahlılar bizi həyətdən buraxmırdılar».

- «Buralar hər tərəf polislə dolu idi. Atəşfəşanlıq çox gözəl oldu. Ancaq çıxıb baxa bilmədik. Dayım çölə çıxmışdı deyə, həyətimizə o qədər polis gəldi ki»...

- «Burda yaşaya-yaşaya atəşfəşanlığa televizordan baxmalı olduq. Çünki çıxmağa qoymurdular. Ancaq başqa vaxtlar konsert olanda gedib baxırıq. Novruz bayramı çox yaxşı keçmişdi».

Avropa Oyunlarının məşəli Atəşgahdan aprelin 26-da götürülüb. Həmin məşəl bölgələri gəzəndən sonra iyunun 12-də yenidən Bakıya qayıdacaq.

XS
SM
MD
LG