Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:17

Jurnalistlər MTN-də yenidən dindiriliblər


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Noyabrın 8-də «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin keçmiş təsisçi və baş redaktoru Eynulla Fətullayev, bu qəzetlərin əməkdaşı Çingiz Sultansoy, «Ayna» qəzetinin əməkdaşları Kənan Quluzadə və İbrahim Bayandurlu Milli Təhlükəsilik Nazirliyində (MTN) üç saata yaxın dindiriliblər.

Eynulla Fətullayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ona «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində təqsirləndirilən Teymuraz Əliyevin şəklini göstəriblər: «Ancaq bu şəkil bizim Tbilisidə görüşdüyümüz şəxsin şəkli deyildi».


Həmin jurnalistlər noyabrın 7-də də MTN-də dindiriliblər.


Bu dörd jurnalist noyabrın 4-də Tbilisidə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə görüşdüklərini iddia edirlər.


Milli Təhlükəsizlik Nazirliyi ötən ilin mayında qətldə şübhəli bilinən şəxslərdən birinin Teymuraz Əliyev, digərinin Tahır Xubanov olması haqqında açıqlama yayıb. Həmin məlumatda bildirilirdi ki, bu şəxslər qətldən dərhal sonra Bakını tərk ediblər. Ötən ilin iyulunda isə Nizami Rayon Məhkəməsi Teymuraz Əliyevə telefon nömrəsi almaqda günahlandırılan Turqay Bayramovu iki il müddətinə azadlıqdan məhrum edib.


MTN bildirir ki, Teymuraz Əliyev və digər şübhəli şəxslərin axtarışı «İnterpol»un xətti ilə 180-dən artıq ölkədə davam etdirilir.


Çoxsaylı qətllər və adam oğurluqlarında ittiham olunan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmədov isə bu ilin iyul ayında məhkəmədə verdiyi ifadədə bildirib ki, Elmar Hüseynovu onun dəstəsinin üzvləri keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetiriblər. MTN bu ifadəsinə görə, Hacı Məmmədovu dindirib, amma hələlik dindirmənin nəticələri barədə məlumat verilməyib.


XS
SM
MD
LG