Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:50

Bakıda yanan binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verilib


Yanan bina.
Yanan bina.

-

Bakıda Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib.

Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən apa-ya verilən məlumata görə, 40 ailə onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşib.

Kompensasiya verilən 9 ailə pansionatda yerləşmək istəyib. Bu ailələrdən 7-si dünən Goradildə (Sərhədçilər pansionatı) və Buzovnada yerləşən pansionatlarda yerləşdirilib. 2 ailə isə bu gün pansionata köçürüləcək.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xələddin İsgəndərov deyib ki, sakinlərdən kimsə ayrılan yerlərdə qalmaq istəməsə, onlara kirayə pulu veriləcək.

O həmçinin bildirib ki, yanğın baş verən binanın sakinləri mənzillərinə baxmaq, oradan əşyalarını çıxarmaq istəsə, bu gün onlara şərait yaradılacaq.

XS
SM
MD
LG