Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:39

Yanan binanın sakini: «Nə «siqnalizasiya» var, nə detektor»


-

«Binamızda nə «siqnalizasiya», nə «detektor», nə də yanğından mühafizə sistemi vardı. Binamız iki blokludur. Bir blokdan o birinə ancaq 15-ci mərtəbədən keçmək olur. Bir lift var, bir pilləkən. «Nargilə» hadisəsindən sonra binadakılar FHN-ə məktub yazmışdılar ki, qorxuruq. Ordan da cavab gəlmişdi ki, hər şey normaldır, qorxulu heç nə yoxdur».

Bunu AzadlıqRadiosuna yanan binanın sakini Elnur Məhərrəmov deyib. İndi həmin «qorxulu heç nəyi olmayan» bina yanıb, Elnur Məhərrəmovsa yanğında həm evini itirib, həm də yaxınını…

Mayın 19-da Binəqədidə 16 mərtəbəli bina yanıb. İyirmidən çox yanğınsöndürən maşın və iki helikopter dörd saat avlovla mübarizə aparıb. Onlalrın işindən narazılar da vardı, razılar da:

«Görürsünüz helikopter suyu hara atır? Düzgün hədəfə vurmurlar. Görünür hələ öyrənməlidirlər».

Xilasedicilər binadan 14 nəfəri ölü, onlarla adamı yaralı olaraq çıxarıblar. Yanğına ilkin səbəb kimi binanın fasadı göstərildi. Səbəblərin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiya yaradıldı.

Bakıda üzlük səbəbindən binaların yanması halları ilk deyil. Təxminən bir ay əvvəl eyni səbəbdən Xətai rayonunda da 9 mərtəbəli bina yanmışdı.
Bakıda eyni üzlüklü 200-dən çox belə binanın olduğu bildirilir.

«Bu qəbildən olan 263 bina var. Siz rəva bilirsinizsə, biz növbətçiliyi həmin binanın üzlüyü sökülməmişdən qabaq təmin edək və bütün yanğınsöndürən maşınları bir dəqiqəlik məsafələrdə yerləşdirək»

Bunu Fövqaladə hallar naziri Kamləddin Heydərov yanan bina ilə bağlı mayın 20-də keçirilmiş Dövlət Komissiyasının iclasında deyib. O üzlüyü eyni materialdan olan binaların yanğından qorunması üçün 24 saat mühafizə xidməti təklif edir.

Nazirliyinin görəcəyi işlər bununla yekunlaşırmı?

YANĞINLARIN STATİSTİKASI...

Fövqaladə Hallar Nazirliyi həm də əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyini təmin edilməsində məsuldur.

Rəsmi məlumatlara görə 2012-ci ildən bəri Azərbaycanda çoxmənzilli yaşayış binaları və evlərdə 4 873 yanğın olub.

Bu hadisələrdə 120 nəfər həlak olub, 225 nəfər də yaralanıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Fövqəladə Hallar Nazirliyi texnika, struktur baxımından güclü olsa da, konkret hallarda çəkilən xərclər, alınan texnika görülən işlə tərs mütənasib olur:

«Rellıq budur ki, içəri keçmək, qapını sındırmaq, maskalardan istifadə etmək və s bu işlərdə ləng hərəkətlər ediblər. Görünür az təlim, təcrübə keçirlər. Real hadisələr olanda pnların çoxu özünü itirir. Yanğında 14 nəfərin ölməsi onu göstərir ki, yanğının söndürlüməsindən tutumuş insanların xilas edilməsinə qədər bir çox məsələlərdə kifayət qədər problem var»

FHN-İN FƏALİYYƏT İSTİQAMƏTİ

FHN yanğından mühafizə üçün hansı işləri görməlidir?

Nazirliyin fəaliyyət istiqamətinə mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını və s təşil etmək və həyata keçirmək daxildir.
FHN-i malik olduqları hüquqlarından nə dərəcədə istifa edib? Ekspert hər şeyin göz qabağında olduğunu deyir.

FHN-dənsə hələlik münasibət almaq mümkün olmayıb.

Dövlət Yanğından Mühafizə Xidmətindən tutmuş Əsaslı Tikinti idarəsinə qədər 20 qurum FHN-in tərkibindədir.

XS
SM
MD
LG