-
Rusiya vətəndaşlığı alan fransız aktyoru Gérard Depardieu Kann kinofestivalında Rusiya prezidenti Vladimir Putin-i çox sevdiyini deyib.
«France-Presse» bildirir ki, 66 yaşlı aktyor bunu «Sevgi vadisi» adlı yeni filminin təqdimatından sonra söyləyib.
AzadlıqRadiosu ondan Ukrayna münaqişəsinə baxışlarını soruşanda Gérard Depardieu deyib: «Mən də hər kəs kimi şokdayam. Fikrimcə, münaqişələr dəhşətli haldır. Mən Putin-i yaxşı tanıyıram və bəyənirəm. Mən tez-tez SSRİ-yə - Rusiyanı nəzərdə tuturam - səfər edirəm».
Aktyor əlavə edib: «Ukraynalıları da sevirəm, amma münaqişə mənim sahəm deyil».
Gérard Depardieu Rusiya pasportunu 2013-cü ildə alıb.
Kiyev və Qərb Rusiyanı Ukraynaya hərbi müdaxilədə ittiham edir, Moskva bu ittihamlarla razılaşmır.