Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:18

Ərəstun Oruclu: Qərb Azərbaycandan imtina edib


Politoloq Ərəstun Oruclu
Politoloq Ərəstun Oruclu

Azərbaycan hansı tərəfə gedir? Xarici siyasətdə indiyə qədər Rusiya-Qərb arasında gözlənən balans üçün limit bitirmi?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Riqa sammitindən qayıdan kimi Rusiyaya rəsmi səfərə getdi. O, “Rossiya 1” telekanalına müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına qoşula bilmək ehtimalına işarə vurdu. Nazirin müsahibəsi ölkədə birmənalı qarşılanmayıb. Bunu Azərbaycanın “yeni SSRİ” kimi təqdim olunan quruma daxil olmaq yolunda ictimai rəyin hazırlanması kimi yozanlar da var.

Azərbaycan hansı tərəfə gedir? Xarici siyasətdə indiyə qədər Rusiya-Qərb arasında gözlənən balans üçün limit bitirmi? Politoloq Ərəstun Oruclu AzadlıqRadiosunun suallarını cavablandırır:

- Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Riqa sammitindən dərhal sonra Rusiyaya getdi. Bu iki səfər arasında əlaqə varmı?

- İki səfər arasında əlaqəni nazir özü “Rossiya 1” telekanalına müsahibəsində açıqlayıb. Səfərinin tezislərindən danışıb və hökumətin Avrasiya İttifaqına, o cümlədən, Gömrük İttifaqına münasibətini müzakirə edib. Bu müzakirəni Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyi kontekstində apardığı görünür. Çünki Elmar Məmmədyarov açıq şəkildə deyib ki, bu qurumlara da üzv ola bilərlər, ancaq başlıca problem olan Qarabağ münaqişəsi öz həllini tapsın. Bunu Elmar Məmmədyarov açıq deyib, heç gizlətməyib də. Heç düşünmürəm də ki, burda nəyisə axtarmağa ehtiyac var. Çünki məzmun kifayət qədər açıq deyilib.

- Ərəstun bəy, əgər Rusiya bu şərti qəbul edib Ermənistanı işğal altında olan bir neçə rayonu geri qaytarmağa məcbur etsə, proses necə gedə bilər?

- Bu baxır Ermənistanda kimin təsir dairəsi nə qədərdir. Belə bir plan, məsələn, Sarksyan-ın hakimiyyəti dövründə baş verərsə, onda Sarksyan hakimiyyətini itirəcək. Ona görə də Sarksyan hökuməti var gücü ilə çalışacaq ki, Rusiyanın bu addımının qarşısını alsın. Yox, əgər siyasi gələcəyini Sarksyan-la yox,

Bu gün Azərbaycan Qərbdən üz döndərmir, Qərb Azərbaycandan üz döndərir. Qərb bu cür tərəfdaşlıqdan yoruldu. Məncə, imtina Qərbdən gəlir.

Rusiyanın başqa bir namizədi ilə görmək istəyən dövlət rəsmiləri olacaqsa, onda onlar Moskvanın planında rol alacaqlar. Yəni, burda hakimiyyət məsələsi dominantlıq edəcək. Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə həlledici mərhələyə keçmək üzrədir. Əvvəlkindən fərqli olaraq, Sarksyan-a qarşı mübarizə müxalifət tərəfindən deyil, eks-prezident Robert Kocharyan və onun tərəfdarlarındandı. Hərçənd, qeyd-şərtsiz torpaqların qaytarılması planı ağlabatan deyil, çünki Ermənistanda kim buna qol qoysa, gözdən düşəcək.

“Rusiya Ermənistanı razı salmalıdır...”

- Rusiyanın özü necə, Azərbaycanı tamamilə öz təsir dairəsinə almaq üçün bir neçə rayonun geri qaytarılması planını işə sala bilərmi?

- 4-5 rayonun geri qaytarılması situasiyada heç bir dönüş yaratmır. Ancaq təbii ki, Azərbaycanın Avrasiya Birliyinə, Gömrük İttifaqına qəbul edilməsi daha önəmlidir, nəinki 4-5 rayonun Ermənistanda saxlanması. Rusiya Ermənistan üçün elə güzəştlər tapmalıdır ki, onları buna razı sala bilsin.

- Məsələyə bir başqa tərəfdən də baxmaq olarmı: bəlkə İlham Əliyev hakimiyyəti Qarabağ münaqişəsinin həllini masa üstünə qoymaqla vaxt udmaq istəyir, bilir ki, onsuz da Rusiya münaqişənin həllində maraqlı deyil, bu şərti irəli sürməklə manevr edir.

- Düşünmürəm. Bu, daha çox daxili aksiyaya hesablana bilər.

- Stratfor Araşdırmalar Mərkəzi yazır ki, Azərbaycan xarici əlaqələrinə yenidən baxır. Sizcə, Azərbaycan Qərbdən üzünü tamamilə döndərə bilərmi və bu proses gedirmi?

- Bu gün Azərbaycan Qərbdən üz döndərmir, Qərb Azərbaycandan üz döndərir. Azərbaycan illər boyu Qərblə məsafə saxladı, amma həm də Qərb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqa sammitindən dərhal sonra Moskvaya gedib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqa sammitindən dərhal sonra Moskvaya gedib.

vasitəsilə Rusiyadan qorunma siyasətini həyata keçirdi. Bununla öz aləmində balans qoruyurdu. Nəticədə Qərblə münasibətdə strateji məsələlər diqqətdən kənarda qaldığından, imitasiya olunduğundan Qərb bu cür tərəfdaşlıqdan yoruldu. Məncə, imtina Qərbdən gəlir.

- Ancaq ortada Qərblə enerji layihələri var...

- Layihələr var, müqavilələr bağlanıb, öhdəliklər götürülüb. Rusiyanın da layihələri var. Ukrayna böhranına baxmayaraq, bu layihələr davam edir.

- Azərbaycanın iqtisadi dövriyyəsi daha çox Qərblədir, nəinki Rusiya ilə. Rusiyadan daha çox siyasi asılılıq vurğulanır. Bakı sonralar da iqtisadi və siyasi əməkdaşlıq arasında balans yarada biləcəkmi? Yoxsa limit bitib?

- Bu gün artıq o tarazlıq yoxdur. Fikrimcə, o zaman yarana bilər ki, Qərb Azərbaycana, Azərbaycan da Qərbə ciddi güzəştlərə getsin. Qərb əvvəllər Azərbaycanın Rusiyaya yaxınlığına barmaqarası baxıb. Artıq bu tarazlıq pozulub və bərpası üçün ciddi güzəştlər lazımdır.

“Azərbaycan sövdələşməyə getsə, məğlub olacaq”

- Ərəstun bəy, proqnozunuz nədir? Qərbdən Azərbaycana tənqidlər var, Rusiya Azərbaycanı yanında görmək istəyir. Azərbaycan Qərbdən gen gəzməyə başlayıb, antiqərb kampaniyası aparır... Bütün bunların fonunda gözləntiləriniz nədir?

Azərbaycan bir neçə rayonun qaytarılması sövdələşməsinə gedərsə, bu, ciddi məğlubiyyət olacaq. Özü də təkcə siyasi yox, həm də hərbi məğlubiyyət olacaq.

- Proqnoz vermək çətindir. Ancaq bunu demək olar ki, Azərbaycan bir neçə rayonun qaytarılması sövdələşməsinə gedərsə, bu, ciddi məğlubiyyət olacaq. Özü də təkcə siyasi yox, həm də hərbi məğlubiyyət olacaq. Çünki Rusiya etibarlı tərəfdaş deyil, bir neçə ölkə artıq bu tərəfdaşlıqda özünü yandırıb. Bu tədbirləri nəzərə almaq lazımdır. Əgər Azərbaycan bunları nəzərə almayıb gedəcəksə, bu, ölkəyə çox ciddi uğursuzluqlar gətirə bilər və gələcəkdə Qərblə pozulmuş münasibətləri yenidən bərpa etmək daha baha başa gələr. Bu gün Qərbin Azərbaycanda marağı əvvəlki kimi deyil.

- Belə çıxır ki, Azərbaycan Avrasiya İttifaqına girərsə, Qərb onu saxlamağa cəhd göstərməyəcək, ən azı Ukraynadakı kimi.

- Düşünmürəm ki, Qərb buna cəhd göstərəcək. Ancaq onu hesab etmirəm ki, Azərbaycan Avrasiya İttifaqına girəcək. Çünki bu quruma girmək ölkə hakimiyyətinin maraqlarına uyğun deyil.

XS
SM
MD
LG