Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:25

Yanan binalar betopanla üzlənəcək


Binəqədidə yanan bina
Binəqədidə yanan bina

-

Bakıda yanğına həssas üzlükləri sökülən binaların çoxunun fasadı betopan materiallarla üzlənəcək.

apa-nın yazdığına görə, Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işləri demək olar ki, yekunlaşıb. Xətai rayonunda yerləşən 15 bina tez alışan üzlüklərdən təmizlənib. Tikinti şirkəti artıq vurulacaq yeni üzlüyü də müəyyən edib. Şirkətin nümayəndəsi Elçin Abbasov binanın fasadının yenidən qurulduğunu deyib:

«Binanı yenidən təmir edirik. Bəzi yerlərə betopan materialı vuracağıq. Yanmaya davamlıdır. Avropa Oyunlarına qədər çalışacağıq işimizi bitirək. Oyunlardan sonra isə davam edəcəyik. Balkonun bəzi açıq yerləri var, ora vurulacaq. Yanmayan materialdır, o birilər kimi deyil. Betopan vurub, üzərini boyayacağıq».

BETOPAN NƏDİR

Ustalar bildirib ki, tikinti sektorunda əsas istifadə edilən material olan betopan yanmaya, çürüməyə, suya, rütubətə davamlıdır. Keramika tərkibli bu üzlüklər vurulduqdan sonra binalar fasad boyaları ilə boyanacaq.

Portal yazır ki, Bakıxanov qəsəbəsində də işlər davam etdirilir. Dəmir konstruksiyaların sökülməsi işləri başa çatdıqdan sonra binanın fasadı boyanacaq. Bu işlərə yaxın günlərdə başlanacaq.

Təmir-bərpa işləri Səbail, Yasamal, Binəqədi rayonunda da aparılır. İşlərin qısa müddətdə başa çatması üçün prosesə xeyli sayda canlı qüvvə cəlb olunub.

Betopan materialı sement tərkibli üzlük materialıdır, uzun illərdir xarici ölkələrdə, o cümlədən Türkiyədə binaların fasadının üzlənməsində istifadə olunur. Betopanın əsas özəlliklərindən biri maya dəyərinin az olması və ekoloji cəhətdən təmizliyidir.

XS
SM
MD
LG