Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:35

Kredit həbslərinin daha bir müəmması: Dubaydakı zavodlar kimin üçün tikilib?


Beynəlxalq Bankın Dubay Filialının təmsilçisi Adil Hüseynovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosuna müsahibəsində deyir ki, müdafiə etdiyi şəxs kimin üçün zavod tikildiyini bilmir

“Beynəlxalq Bank” işi ilə bağlı az qala hər gün yeni xəbərlər gəlir. Kimlərinsə istintaqa çağırıldığı, saxlanıldığı və ya sərbəst buraxılması ilə bağlı. Mayın 27-də – “Avesta” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər adaları” layihəsi ilə tanınan İbrahim Nehrəmli, mayın 28-də “PNN” Qrupun sahibi Nizami Piriyev sərbəst buraxılıb.

Vəkil Kamandar Nəsibov
Vəkil Kamandar Nəsibov

Hazırda neçə işin istintaqı getdiyi və ya neçə nəfər barəsində həbs qətimkanın tədbirinin seçilməsi haqda rəsmi məlumatlar yoxdur.

Qeyri-rəsmi məlumatlara görə, “Beynəlxalq Bank”la əlaqədar 200 işin istintaqı aparılır. Bununla bağlı saxlananlardan biri - bu bankın Dubay Filialının təmsilçisi Adil Hüseynovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosuna müsahibə verib.

Adil Hüseynov onunla bağlı ittihamları qəbul edirmi?

- Adil Hüseynov 320 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. Həmin kreditlər 2003-cü ildən Dubayda iki müəssisənin – tekstil və metanol məmulatı istehsal edəcək zavodların inşasına ayrılıb. Adil Hüseynov nə bu kredit müqavilələrini bağlayan şəxs olub, nə də həmin vəsaiti alıb. O, 2008-ci ildə “Beynəlxalq Bank”-ın Dubay Filialına təmsilçi təyin olunub. Yalnız 2011-ci ildə ona həmin zavodlara ayrılan vəsaitlərin xərclənməsinə nəzarət etmə səlahiyyəti verilib. Həmin zavodlardan biri – tekstil zavodu açılıb, metanol zavodunda 99 faiz işlər yekunlaşıb. Beynəlxalq Bankın rəhbərliyi işdən azad olunandan sonra həmin zavodda tamamlama işləri dayandırılıb. Yəni, burada vəsaitin mənimsənilməsindən söhbət gedə bilməz. Kredit götürülüb, zavodlar inşa olunub. Adil Hüseynovun dindirilməsində müstəntiqə də bildirdim ki, bu kreditlər zavodun tikintisinə verilib. Zavodlar da tikilib.

Qeyri-rəsmi belə söz gəzir ki, “kim borcu qaytarır azad olunur, borcu verməyənlər saxlanılır”. Adil Hüseynovla bağlı vəziyyət necədir?

- Hamı ilə necə Adil Hüseynovla də elədir. Düzdür, pulun hamısını istəmirlər. Amma deyirlər ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün borcun əsas hissəsi qaytarılmalıdır. Amma biz məhkəmədə də bildirdik. Hətta Adil həbs

Hətta Adil həbs olunsa belə o pulu qaytara bilməyəcək. Çünki ortada pul yoxdur. Kredit müqavilələri Bakıdan bağlanılıb. Rəhbərlik pulu Dubay filialına ötürüb ki, filan şirkətlərin hesabına köçürülsün.

olunsa belə o pulu qaytara bilməyəcək. Çünki ortada pul yoxdur. Kredit müqavilələri Bakıdan bağlanılıb. Rəhbərlik pulu Dubay filialına ötürüb ki, filan şirkətlərin hesabına köçürülsün. Adil Hüseynovun işi o pulların xərclənməsinə nəzarət etmək olub və hesabatı da rəhbərliyə verib.

Yəni, deyirsiniz ki, Adil Hüseynov həmin pulları heç görməyib də.

- Əlbəttə görməyib. Sadəcə bildiyi o olub ki, filan şirkətin hesabına bu qədər pul köçürüldü. Bir də onun öz adına bir şirkət açıblar. Həmin şirkətə də 20-25 milyon manatlıq kredit ayrılıb. Heç həmin pulu da nəqd görməyib. Hamısı gedib zavodun inşasına.

Onda belə çıxır ki, Adil Hüseynovun həmin zavodlarda payı var.

- Yox, heç bir faiz belə payı yoxdur. Elə problem də bundadır. Adil Hüseynovun o zavodları satıb, borcunu ödəmək ixtiyarı belə yoxdur.

Belə hesab etmək olarmı, Adil Hüseynovun adından “proxy” kimi istifadə olunub. Əgər zavodda heç bir payı yoxdursa, onun adına şirkət yaradılır, hesabına pul köçürülür, həmin pul zavoda xərclənir. Amma zavodda payı yoxdur…

- Mən deyə bilmərəm. Bir bildiyim odur ki, belə şəxslər çoxdur. Adil Hüseynovu hətta həbs etsələr belə, o bu məbləği qaytara bilməyəcək. Həm də Adil Hüseynov təkcə öz adına açılan şirkətin götürdüyü 20 milyona görə yox, Dubayda 2 zavodun inşası üçün azı 5 şirkətə verilən 318 milyon manatı mənimsəməkdə iittiham olunur. Hansı ki, nə krediti verən o, olub, nə də alan. Bakıdan vəsait filan hesablara köçürülməsi üçün Dubay Filialına ötürülüb. Adil Hüseynov yalnız mühasibat işlərini görüb. Digər məsələlərdən xəbərsiz olub.

Adil Hüseynov təkcə öz adına açılan şirkətin götürdüyü 20 milyona görə yox, Dubayda 2 zavodun inşası üçün azı 5 şirkətə verilən 318 milyon manatı mənimsəməkdə ittiham olunur. Hansı ki, nə krediti verən o, olub, nə də alan.

Bilirsiniz ki, kimlərinsə adından istifadə olunması, “proxy” kimi istifadə halları Azərbaycan üçün də aktualdır. Ona görə də, bu məsələni bir az da aydınlaşdırardıq. Adil Hüseynov necə oldu ki, şirkət yaratmaq fikrinə düşdü?

- Bankın rəhbərliyinin göstərişi ilə, tapşırığı ilə yaradılan şirkətdir. Bilirsiniz bu cür şirkətlər çoxdur. Həmin şirkətləri yarandanlarsa, sadəcə işçiləridir. Adicə, 10-15 min manat kredit almaq üçün bir papka sənəd istənilir. İndi bunların şirkətinə milyonlara krediti hər halda elə belə verməyiblər.

Bəs, onda həmin zavodların əsl sahibləri kimlərdir?

- Bu bizə məlum deyil, bəlkə də istintaqa məlumdur. Amma bizim məlumatımız yoxdur. Hər halda dediyim kimi yəqin ki, bank rəhbərliyinin bundan xəbəri olub ki, o kreditlər ödənilib. Bir daha qeyd etmək istəyirəm ki, Beynəlxalq Bankdan istintaq orqanlarına bir siyahı verilib. Həmin siyahıda göstərilib ki, filankəslər bankdan filan qədər kredit götürüb. Söhbət az məbləğdən də getmir. 6 milyard manat vəsaitdən gedir. İndi onların bəziləri həqiqətən o kreditləri götürüblər və müəyyən sahəyə investisiya ediblər. Amma elə hallar da ola bilər ki, həmin vəsaitlər həqiqətən mənimsənilib. Konkret Adil Hüseynovla bağlı məsələdə götürülən kreditlər iki zavodun inşasına ayrılıb. Həmin zavodlardan biri fəaliyyətdədir, digərində tamamlanmaq üzrə idi. Biz müdafiə tərəfi olaraq, vəsaitlərin mənimsənilməsi ittihamlarını rədd edirik.

XS
SM
MD
LG