Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Hacı Məmmədov rəhbər şəxslərin ona istinad etməklə bir-birilərinə daş atdıqlarını deyir


Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Hacı Məmmədovun və daha 26 nəfərin noyabrın 9-da davam edən məhkəmə prosesində əsas təqsirləndirilən bildirib ki, «indi rəhbər şəxslər bir-birilərinə mənə istinad etməklə daş atırlar». Hacı Məmmədov əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də məhkəmənin nəzərinə çatdırıb ki, o, çox şey bilir və gələcəkdə bunları deyə bilər.

DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, təqsirləndirilən Zakir Nəsirov isə bildirib ki, cəzası varsa, çəkməyə hazırdır, ancaq məhkəmədən üstünə artıq yük qoyulmamasını istəyir.


Azərbaycan Beynəlxalq Bankının direktoru Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması epizoduyla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin rəisi Aydın Rzayev də şahid kimi dindirilib. O, Zamirə Hacıyeva oğurlanan günün səhəri - 2005-ci il fevralın 11-də Daxili İşlər Nazirliyində iclas keçirildiyini, həmin iclasda nazir Ramil Usubovun, onun müavini Vilayət Eyvazovun, Zakir Nəsirovun, BŞBPİ-nin rəisi Məhərrəm Əliyevin və müavini Cavadağa Sultanovun iştirak etdiyini deyib: «Həmin iclasdan sonra Zakir Nəsirov mənə zəng edib, Zamirə Hacıyevanı oğurlayan dəstənin Cahangir Hacıyevə göndərdiyi məktubla maraqlandı və dedi ki, mümkün olsa, həmin sənədin surətini mənə ver».


Proses noyabrın 10-da davam edəcək.


XS
SM
MD
LG