-
Suriyanın İdlib vilayətinin son əhəmiyyətli şəhəri olan Eriha terror təşkilatı «əl-Qaidə»yə bağlı «əl-Nusra» ordusunun əlinə keçib.
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, İdlibdə hökumət qoşunları ilə terrorçular arasında güclü döyüşlər olmayıb: «Belə getsə, Assad az sonra Hələb şəhərini də itirəcək».
Eriha şəhərində Suriya ordusunun 13 hərbçisinin edam edildiyi, 18 hərbçinin isə döyüşlərdə öldüyü bildirilir.
Şəhər ətrafındakı kəndlər də terrorçuların əlinə keçib.