Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:57

ABŞ-ın vitse-prezidentinin oğlu beyin xərçəngindən vəfat edib


Ukrayna -- Joseph R. "Beau" Biden 23 Mart 2012
Ukrayna -- Joseph R. "Beau" Biden 23 Mart 2012

-

ABŞ-ın vitse-prezidenti Joseph Bidenin oğlu Beau Biden beyin xərçəngindən vəfat edib.
46 yaşlı Bidenin vəfatı haqda xəbəri Ağ Evin mətbuat xidməti yayıb.
Prezident Barak Obama və xanımı vitse-prezidentə başsağlığı verib.
Barak Obama deyib:

“Bu gün Michelle və mən kədər içindəyik. Beau bizim dostumuz idi. Onun xartirəsi hər birimizin yaddaşında qalacaq. Özəlliklə, onun həyat yoldaşı və iki gözəl övladının timsalında”.

Beua Biden-ə 2013-cü ilin avqustunda xərçəng dianqonozu qoyulmuşdu. O, mayın 26-dan Washington yaxınlığında yerləşən klinikada müalicə alırmış. Vəfat edərkən ailə üzvləri onun yanında olub.

Beau ABŞ-ın Delaware ştatının generalının müvəkkili olub. O, İraqda hərbi xidmət keçib. ABŞ Milli Qvardiyasının Delaware briqadasının tərkibində Səddamın devrilməsi əməliyyatında iştirak edib.

8 illik general müvəkkilliyindən sonra 2015-ci ildə Beau hüquq firmalarından birinə qoşulmuşdu. O, 2016-cı ildə Delaware ştatına hakimiyyət seçkilərinə qatılmağı planlayırdı

XS
SM
MD
LG