Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:00

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

17:52 1.6.2015

Uşaqları nə xoşbəxt edir

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. AzadlıqRadiosu Bakıda rastlaşdığı uşaqlardan onları nəyin xoşbəxt edə biləcəyini soruşub

Uşaqları nə xoşbəxt edir
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

19:28 1.6.2015

Siyavuş Novruzov Martin Shultza qarşı

Deputat Siyavus Novruzov: “Daxildə olduğu kimi, xaricdə də bəzi qüvvələr Azərbaycanın sürətli inkişafını, tərəqqisini, ictimai-siyasi sabitliyini gözü götürmür. Avropa Parlamentinin prezidenti Martin Shultz son vaxtlar maskası cırılıb, əsl siması ortaya çıxıb. Təsəvvür edin, iyunun 12-də “Bakı 2015” I Avropa Oyunlarının açılışıdır. Ayın 10-da Martin Shultz dünyada görünməmiş ad altında - “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edir. Xocalı soyqırımı niyə Avropa Parlamentində müzakirəyə çıxarılmır? Burada ikiüzlülük, satqınlıq var”.

8-11 iyunda Avropa Parlamentinin gündəliyinə həm də “idman və insan haqları” mövzusunun müzakirəsi daxil edilib.AzadlıqLive-da

20:18 1.6.2015

Erdogan deyir ki, iqamətgahında bircə dənə qızıl unitaz tapılsa, istefa verəcək

Recep Tayip Erdogan
Recep Tayip Erdogan

Türkiyə prezidenti R.T. Erdogan deyib ki, əgər müxalifət onun iqamətgahında bircə dənə qızıl unitaz tapsa, onda istefa verəcək.

Müxalifət lideri Kemal Kılıcdaroglu şənbə günü mitinqdə hakimiyyəıti dövlət malını dağıtmaqda ittiham etmişdi və demişdi ki, “Ankardakı ağalar, sizə saraylar tikilib, təyyarələr alınıb, Mercedeslər sifariş olunub… Tualetlərinizə qızıl oturacaqlar alınıb”.

Erdogan müxalifət liderinə məktub göndərib ki, gəlsin, tauletlərə özü baxsın. Türk mediası bunu prezidentdən müxalifətə "tualet dəvəti" adlandırır

20:35 1.6.2015

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - fotolar

I Avropa Oyunları ilə əlaqədar olaraq bu gün 16:30-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhəri ərazisinə girişinə qadağalar tətbiq olunmağa başlanılıb.

Şəhərin girəcəyində DYP əməkdaşları rayon qeydiyyatı olan maşınları saxlayaraq cərimə meydançasına aparırlar ya da onlara geri qayıtmağ məsləhət görülür.

Polis rayon qeydiyyatı olan maşınları saxlayıb, xüusi ayrılmış yerə aparır
Polis rayon qeydiyyatı olan maşınları saxlayıb, xüusi ayrılmış yerə aparır

Davamı

XS
SM
MD
LG