Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:32

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

13:58 2.6.2015

43 iş adamı 110 milyon ödədi, buraxıldı

Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. APA-nın məlumatına görə, onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manatdır.

14:25 2.6.2015

İki "y"-dan biri ixtisar olunur

“Azərbaycan dilindəki qoşa “y” samitinin ixtisarı məsələsi ilə bağlı bizim institutun öz təşəbbüsü var və biz bu məsələni ictimaiyyətin geniş müzakirəsinə təqdim edəcəyik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib. T. Hacıyev bildirib ki, “Bu fikri mən özüm ortaya atmışam. Buna Nazirlər Kabineti icazə verməlidir. Onun üçün biz orfoqrafiya qaydaları tərtib etməliyik ki, bu qayda tətbiq olunsun”.

Akademik qeyd edib ki, Azərbaycan dilinin yeni hazırlanacaq orfoqrafiya lüğətində qoşa “y” samitinin ixtisarı gündəmdədir: “Yeni orfoqrafiya lüğətində qoşa “y” samitinin ixtisarı gündəmdədir. Heç kim “mədəniyyət”, “ədəbiyyat”, “səhiyyə” sözlərini tələffüz edərkən “y” hərfini uzatmır."

14:38 2.6.2015

1968-ci il hadisələri haqda rus filmi Praqa və Bratislavanı qəzəbləndirib

Çexoslovakiyada 1968-ci ilin avqust hadisələri haqqında Rusiyada çəkilmiş və "Rossiya" telekanalı efirində göstərilmiş yeni film Çexiya və Slovakiya hökümətlərinin qəzəbinə səbəb olub.

Rəsmi Praqa və Bratislava Moskvanı "tarixi saxtalaşdırmaq cəhdində" ittiham ediblər.1968-ci ilin avqustunda Sovet tankları Praqaya daxil oldu, 100-dən artıq Çexoslovakiya vətəndaşı həlak oldu.

14:52 2.6.2015

Bu ipoteka krediti kimə çatar?

2006-cı ildən bəri 16 min 855 nəfər ipoteka krediti alıb. Ötən 9 ildə ipoteka kreditinə ümumilikdə 573 milyon manat vəsait ayrılıb. Hər il hökumət ipoteka kreditlərinin artırılacağını bildirir. 2015-ci ilin dövlət büdcəsindən ipotekaya 50 milyon manat ayrılması nəzərdə tutulub. Deputat Zahid Oruc düşünür ki, bu vəsait elə də çox deyil:

"Hər il orta məktəbi 130 min şagird bitirir. Bu o deməkdir ki, bir neçə ildən sonra onlar evlənsələr 65 min cütlük olur. Amma ipotekaya ayrılan 50 milyonla cəmi min nəfər kredit ala bilər. Məncə, bu vəsaiti artırmaq gərəkir". Azərbaycanda ipoteka kreditlərinin alınması şərtləri, verilən kreditlərin həcmi və digər sualların cavabı ətraflı AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG