Başı mobil telefona qarışdı, ilanı ayaqladı
ABŞ-da Oklahoma ştatında birisinin başı mobil telefona o qədər qarışır ki, ilanı ayaqladığını görmür.
Bu qədər pul olsa, daha ipoteka niyə götürürlər?
"Almaq istədiyin evin 20 faizi ilkin ödəniş kimi özün ödəməlisən, qalanını bank verir. Bizim ilkin ödəniş üçün maksimum 10 min manat ödəyə bilərdik. Vergiləri çıxdıqdan sonra aylıq əməkhaqqı ailə üzvlərimizin sayına, yəni 3 nəfərə bölünəndən sonra bildirildi ki, bank yalnız 35 min manat verə bilər. O da Bakıda bu qiymətə ev tapmaq çətindi. Bu məbləğə yalnız topraq sahəsi ala bilərdik. Şərtlər bizə əl vermədi deyə, ipoteka krediti götürmək qərarından vaz keçəsi olduq”.
Bunu ipoteka götürmək istəyən Bakı sakini deyir. İpoteka niyə sərfəsizdir və əlçatmazdır? AzadlıqLive-da
Ibrahimovic Azərbaycana qolf oynmağa gəlib
Məşhur isveçli futbolçu Zlatan İbrahimovic İstanbul aeroportunda Türkiyənin “Milliyet” qəzetinə özəl açıqlama verib.
“Galatasaray”a gələcəksizmi?” sualına İbrahimoviç, “Xeyir, gəlmirəm. İstanbula Azərbaycana getmək üçün gəldim. Qolf oynamağa gedirəm,” deyib.
Parisin “PSG” klubundan ayrılacağı haqqında söz-söhbətlər haqda isə deyib ki, gələn il üçün plan hazırlamayıb.
Hansı xarici universitetdə oxumaq əsgərlikdən möhlət hüququ verir?
Qanuna yeni dəyişikliyə görə, yalnız müvafiq siyahıda olan xarici ölkə universitetlərində oxuyan gənclərə hərbi xidmətdən möhlət hüququ veriləcək. Siyahıya daxil olmayan xarici universitetlərdə təhsil alanlara isə bu hüquq verilməyəcək. Ancaq problem ondadır ki, Təhsil Nazirliyi bu siyahını elan etmir. AzadlıqLive-da