"Kasıb gərək yolunu burdan salmasın"
Bulvarda “qiymətlər normal təbəqə üçün yaxşıdır, amma kasıb üçün bahadır. Attraksionların biri azı 2 manatdır. Uşaqlara 20 manat xərcləsən, bu, kasıbın 2 günlük qazancıdır”. Bulvarda əksər attraksionların 3 dəqiqəsi 2 manatdır.
Bakı sakini Rövşən: “Sadə çay ucuzdur, amma o biri bahadır. Mən sadə çayı 2 manata içdim, amma dəzgah gətirəndə çox baha olur, 17-20 manat. Əvvəl də 2 manatlıq yerlər var idi, amma indi oyunlara görə lap çoxaldıblar. Qoy həmişə 2 manatlıq çay olsun da. Camaat gəlsin, otursun içsin, bir az sərinləsin də”. AzadlıqLive-da
AzAL Bakı-İstanbul reysində kampaniyanın müddətini uzadıb #AzadliqLiveTV http://t.co/5d1scGUGRd via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 3.6.2015
Elçin Şıxlı:"130 illikdə media daha güclü idi"
Azərbaycan mətbuatı 140 yaşına nə ilə gedir? Bir neçə ay öncə fəaliyyətini dayandırmış “Ayna-Zerkalo” qəzetinin keçmiş baş redaktoru Elçin Şıxlı AzadlıqRadiosunun suallına cavabında deyir ki, "130 illikdə media daha güclü idi". AzadlıqLive-da
Təhsil doğrudanmı bu gündədir?
May ayında əvvəlki illərin məzunları yenidən ali məktəbə qəbul imtahanlarına qatılıblar. İmtahanlar verənlərin azı 85 faizi 0-200 bal toplaya bilib. Imtahanlarda 29 min abituriyentdən cəmi 26 nəfəri 600-dan yuxarı bal toplaya bilib.AzadlıqLive-da