Diplomatın etik sərhəddi harda bitir?
Arif Məmmədovun ritorik sualına yox, hələ ki, onun statuslarına cavablar gəlir.Keçmiş diplomat Fikrət Sadıqov deyir ki, diplomatiya sahəsində bütün ölkələr üçün xarakterik etik çərçivələr var: “Diplomatiyada protokol qaydaları var. Buna hər kəs riayət etməlidir. Diplomat bir dövlətin təmsilçisidir və onun istənilən platformada verdiyi bəyanat dövlətin mövqeyi kimi səslənir. O, şəxsi fikirlərini yalnız ailəsində, yaxınlarının yanında səsləndirə bilər”.Fikrət Sadıqov əlavə edir ki, səfir dövlətin siyasəti ilə razılaşmırsa, hansısa nöqsan bildiyi hallarla rastlaşırsa, onda ya postundan istefa verməlidir, ya da narazılığını mənsub olduğu qurumun iclaslarında, rəsmi toplantılarında bildirməlidir. AzadlıqLive-da
Yerevanda etiraz aksiyası
Yerevandakı “Nairit” zavodunun 500-dək keçmiş əməkdaşı iyunun 4-də yenidən hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.Aksiyaçılar 18 aydır ki, verilməyən əməkhaqlarının ödənilməsini tələb ediblər.
Heyvanların güzgüyə olan reaksiyaları
Fransız fotoqraf Xavier Hubert Brierre Afrika cəngəlliklərində maraqlı görüntülər çəkib. Fotoqraf cəngəlliyə güzgü yerləşdirərək heyvanların reaksiyasını izləyib. Güzgüdə əkslərini görən qorilla, fil, əntər və quşlar maraqlı reaksiyalar veriblər.
AzadliqLive 4 iyunda müzakirə etdiyimiz mövzular