Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Prezidentlə şəkil çəkdirən ATƏT nümayəndəsi mandatını itirdi


Alexis Chahtahtinsky
Alexis Chahtahtinsky

-

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Chahtahtinsky-nin fəaliyyət mandatı dayandırılıb.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında yazıb:

«Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Alexis Chahtahtinsky-nin fəaliyyət mandatı dayandırılıb».

Novruz Məmmədov daha sonra bunun səbəbini izah edib: «Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel B.Baer Alexis Chahtahtinsky-yə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən.

Belə çıxır ki, Chahtahtinsky səfir Baer-lə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı».

48 yaşlı Alexis Chahtahtinsky Fransa diplomatıdır. O, ötən il fevralın 14-də ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub.

Son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində işləyib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri olub.

O, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb.

A.Chahtahtinsky həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

2014-cü ilin yanvarından ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. Bu haqda qərar ATƏT-in Daimi Şurasında 26 iyul 2013-cü ildə qəbul edilib.

XS
SM
MD
LG