-
«Dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini qeyri-infeksion xəstəliklər təşkil edir».
Bunu modern.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
O deyib ki, son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qeyri-infeksion xəstəliklərə daxil olan 4 xəstəlik sinfi üzrə xəstələnmə halları nisbətən artıb:
«Analoji olaraq, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə yoluxma halları var. Xəstələnmənin strukturunda qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) təşkil edir».
Liya Bayramova qeyd edib ki, qeyri-infeksion xəstəliklər səbəbindən ölüm strukturunda 1-ci yerdə - qan dövranı sisteminin xəstəlikləri, 2-ci yerdə bədxassəli yeni törəmələr, 3-cü yerdə isə tənəffüs orqanları xəstəlikləridir.