-
Riqa məhkəməsi iyunun 12-də iki rusiyalı barədə həbs qərarı verib.
Andrei Popko və Alexander Kurkina Adaji şəhərində hərbi bazada saxlanmışdılar.
Onlar casusluqda və terror törətmək cəhdində günahlandırırlar. Onlarda ingilis dilində yazılmış vərəqlər olub.
Fəaliyyəti qadağan edilmiş Milli Bolşevik Partiyasının keçmiş sədri Eduard Limonov deyir ki, onlar partiyanın fəallarıdır.
İyunun 8-dən 19-na kimi Baltik ölkələrində və Polşada NATO-nun hərbi təlim məşqləri keçirilir.