-
«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti dünya teleməkanında nüfuzlu mahnı müsabiqələrindən sayılan «The Voice of» («Səs») layihəsinə start verib.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Niderlandın «Talpa International B.V.» şirkətinə məxsus «The Voice of» layihəsinin lisenziyası AzTV-yə verilib. AzTV bu musiqi müsabiqəsini payizda – yeni televiziya mövsümündə tamaşaçılara təqdim etməyi planlaşdırır.
Bu müsabiqə dünyanın 50-dən çox ölkəsində, o cümlədən Azərbaycanın qonşuları olan Türkiyə və Rusiyada da yayımlanır. Azərbaycanı bu il «Eurovison» yarışmasında təmsil edən Elnur Hüseynov Türkiyədə sözügedən müsabiqənin – «O ses Türkiye»nin qalibi olmuşdu.
Azərbaycandan bir çox musiqiçi qonşu ölkələrdə keçirilən həmin müsabiqədə özünü sınayıb.