-
I Avropa Oyunları çərçivəsində yarışların 6 günü arxada qalıb.
Medalların sayına görə Azərbaycan yığması Rusiyadan sonra ikinci yerdədir.
Azərbaycanın millisinin 11 qızıl, 3 gümüş və 9 bürünc medalı var.
Rusiya yığması isə 29 medalla birincidir. Həmin medallardan 16-sı qızıl, 5-i gümüş, 8-i bürüncdür.
Macarıstan 7 qızıl, 1 gümüş və 5 bürünc medalla üçüncü yeri tutur.