Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

Azərbaycan sərhədinə çatan pinqvin haqda bəd xəbər


Tbilisi zooparkında pinqvin
Tbilisi zooparkında pinqvin

-

Tbilisi zooparkının mütəxəssisləri üzüb Azərbaycan sərhədinə çatan pinqivini tapa bilməyiblər.

«Новости-Грузия» bunu iyunun 18-də zooparkın administrasiyasına istinadla yazıb.

Tbilisi zooparkını sel basandan sonra sağ qalan heyvanların bir qismi qaçıb şəhərə səpələnsələr də, bir pinqvin düz Azərbaycanadək gəlib.

Onu Tbilisidən 60 km uzaqlıqda - Gürcüstanın Azərbaycanla sərhədindəki çayda üzərkən görüblər.

Zoopark rəhbərliyi demişdi ki, Afrika pinqvini sağ-salamatdır və onu Tbilisiyə gətirmək üçün bir qrup mütəxəssis həmin əraziyə göndərilib.

İyirmi ədəd Afrika pinqvini Tbilisiyə 2014-cü ilin iyulunda İngiltərənin cənubunda yerləşən Torki şəhərindəki «Living Coasts» zooparkından gətirilmişdi. Məqsəd nəsli kəsilməkdə olan bu heyvan növünün sayını çoxaltmaq - yeni nəsilartırma məskəni yaratmaq idi.

Begemot Tbilisi zooparkında
Begemot Tbilisi zooparkında

BEGEMOT DEPRESSİYADAN ÇIXIB

Azərbaycanla sərhəddə tapılan pinqvin Tbilisidə 17 nəfərin ölümünə və böyük dağıntılara yol açan seldən sonra yoxa çıxan və ya qaçan çoxsaylı heyvandan biridir.

Zooparkdakı 600 heyvanın yarıdan çoxu suda boğulub. Bəzilərini də, təhlükə mənbəyi olduğuna görə, polis öldürüb. İyunun 17-də bir kişiyə hücum çəkib ölümcül yaralamış pələng də öldürülənlər arasındadır.

Bu arada zooparka bir təsəlli xəbəri də gəlib: İyunun 14-də sakitləşdirici vurularaq parka geri gətirilən begemot artıq depressiyadan çıxıb.

«Bizim sevimli begemot ilk iki gündə bir az çəki itirsə də, indi yaxşıdır. Yetərincə yata bilib və indi qidalanmağa başlayıb», -- zooparkdan belə deyiblər.

XS
SM
MD
LG