Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:32

Keçmiş təhsil naziri imtahanların nəticəsini «faciə» adlandırdı


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 16-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi sonuncu buraxılış imtahanlarının nəticəsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Hər kəs bu mövzunu müxtəlif baxış bucağından müzakirə edir. Amma gəlinən yekun nəticə eynidir: «Təhsilsiz, savadsız Azərbaycan gəncliyinin gələcəyi»…

TQDK-nın 9-cu və 11-ci siniflər arasında keçirdiyi imtahan nəticələri belədir.

9-cü sinif11-ci sinif
Ana diliRiyaziyyatAna diliRiyaziyyat

40,14 % - «2»

41.08%- «3»

12.85%- «4»

5.93%-i - «5»

40.25% - «2»

37.11% - «3»

15.44% - «4»

7.2% - «5»

32.43% - «2»

36.81% - «3»

19.56 - «4»

11.20% - «5»

35.03% - «2»

32.50% - «3»

22.66% - «4»

9.81% - «5»

«Xarici dil», «Kimya» və digər fənlərdən də göstəricilər aşağıdır.

MƏKTƏBİ BİTİRƏNLƏRİN 80 FAİZİ ANA DİLİNİ BİLMİR?

Keçmiş təhsil eksperti Firudin Cəlilov deyir ki, «2» və «32 qiyməti o deməkdir ki, şagird həmin fənni dərk etməyib:

Firudin Cəlilov
Firudin Cəlilov

«Əslində «2» də «3»ün tayıdır. Bu o deməkdir ki, 11-ci sinif şagirdlərinin 71 faizi, 9-cu siniflərin 80 faizi öz ana-dilində normal oxuya və yaza bilmir. Bu, faciədir. Bu, Azərbaycan gəncliyinin faciəsidir. Problemin də kökündə o durur ki, təhsil sahəsində qeyri-mütəxəssislər çalışır. Siyasi sistem də təhsili dirçəlməsinə əngəl olur».

Gözlə

No media source currently available

0:00 0:03:44 0:00
Direct-ə keçid

1 MİLYARDLIQ XƏRCİN 70 FAİZLİK «ZAY MƏHSULU»

İqtisadçı Qubad İbadoğlu isə öz «facebook» hesabında buraxılış imtahanlarının nəticələrini «zay məhsul» adlandırıb. Fikrinə də belə əsaslandırır ki, hər il dövlət büdcəsindən orta təhsilə 1 milyard dollar ayrılır ki, savadlı kadrlar yetişsin:

Qubad İbadoğlu
Qubad İbadoğlu

«Amma iqtisadi dillə ifadə etsək, o göstəricilər o deməkdir ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi «zay məhsul»dur. 11-cilərin 9-cu siniflərlə müqayisədə nəticələrin yaxşı olması yuxarı siniflərdə şagirdlərin fərdi hazırlığa getməsi ilə bağlıdır. Problemin həllinin bir yolu təhsil islahatlarının sürətləndirilməsidirsə, digər yolu da peşə təhsilinin inkişaf etdirilməsindədir».

Təhsil Nazirliyi bu nəticələrə dair hər hansı açıqlama yaymayıb. Nazirliyin elektron ünvanına göndərdiyimiz suallara cavab gələrsə, AzadlıqRadiosunda yerləşdiriləcək.

Sonda yada salaq ki, 2014-cü il dövlət büdcəsinin icrasına dair hesabatında göstərilir ki, ümumi təhsil xərclərinin yarıdan çoxu - 822 milyon manatı natamam və orta təhsilə yönəldilib. Bu da ötən ilki məzənnə ilə 1 milyard dollardan çox edir.

XS
SM
MD
LG