-
Aliyə Əsədova
Portret, mistika, sərlövhələr, açıq düşərgə və sairə
Qəsr önü -
dörd bir yanı xarabalıq..
burda olub nəhəng
məmləkət vaxtilə.
Nə səmti var nə yönü -
adamı sıxır tənhalıq.
Uçuq-sökük
çayır basmış qala,
uçulmuş divarları
dəlik-deşik.
Homerin yazısı
Nəsiminin dərisi
Füzulinin şamı
Afrodita -
qolları kəsili,
Şekspirin siqarı
Cabbarlının
çayı, qəndi, şərabı,
bir qadın tökür
göz yaşları
Gedirəm... nəfəs tutulur...
Uzaqlaşıram
gözlərimi açıram -
bir dünya yaratmışam
söylədiklərim bir cərgə,
bir yerə toplamışam
olub qarışıq düşərgə.
Çıxım burdan,
boğur məni sıxıntılar
Keçirəm -
şam, şərab, siqar,
üzərinə damcılayan göz yaşı,
kəsilmiş qollar
dəri üzərində yazı
bir də addımlar -
mənim addımım.
Bu insan taleyi
insan xəyalı.
Buraxın məni, -
fikrim azacıq titrək
azacıq da havalı.
Qeyd: "Şekspir siqar istifadə etməyib."