Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Umberto Eco: "Jurnalistlər tənqidi ruhu ayıq saxlamalıdırlar"


Umberto Eco
Umberto Eco

-

"Mətbuatın azsaylı güclü qrupların əlinə keçməsi təhlükəlidir"

"Evimə yalan yazan kitabları yığıram, çünki... Məni həqiqəti yox, yalanı necə demək qabiliyyətimiz maraqlandırır"

Yazıçı, filosof Umberto Eco Fransanın Le Monde” qəzetinə müsahibə verib. O, həmişəki kimi ictimai fəallığa səsləyib. Müsahibəni diqqətinizə çatdırırıq.

"Jurnalistikada tənqidi reabilitasiya etməliyik"

LE MONDE: Hələ də çoxlu qəzet oxyursunuz?

UMBERTO ECO: Hər səhər ən azı iki qəzet oxuyuram, qalanlarını sadəcə nəzərdən keçirirəm. Qəzetlərsiz qəhvə içə və günə başlaya bilmərəm. Hələ də Hegelin həmin fikrinə sadiqəm, qəzet oxumaq “çağdaş insan üçün gündəlik duadır.”

Mən həm də qəzet yazarıyam – bir gündəlik qəzetə (La Repubblica) və bir həftəlik jurnala (L’Espresso) köşə yazıram.

Amma gün keçəndə qəzetlərə heç əl vurmuram, mətbuat başqa yolu yoxmuş kimi, hər səhər bir gün əvvəl çıxmış məlumatları təkrar edir.

- Məlumatları dərinləşdirmədən təkrar etmək, gündəlik mətbuat üçün təhlükəlidirmi?

- Qəzetlər hələ də televiziya və radionun yaydığı xəbərləri dərinləşdirmədən, heç nə artırmadan çap edirlər. Bunun tarixi, demək olar ki, televiziyanın yarandığı vaxtlara gedib çıxır.

- Mətbuat tənqidi düşüncəni canlı saxlamağa çalışmalıdır?

- Biz alovlu tənqidin ölümünə şahid olmaqdayıq. Bəli, biz jurnalistikada tənqidi reabilitasiya etməliyik, onun miqyasını genişlətməliyik, İnternet də bura daxildir.

Qəzetlər bir-iki səhifələrini İnternet saytlarının tənqidinə həsr etməlidirlər, saxtakar veb-səhifələri və bloqları ifşa etməli, etibarlıları bizə tanıtmalıdırlar.

İctimaiyyətin zövqünü formalaşdırmaq rolundan geri çəkilməməliyik. Qəzet həm tənqidi filtr ola, həm də demokratik qalmağa davam edə bilər.

- Mətbuatın getdikcə azsaylı güclü qrupların əlinə keçməsi təhlükəlidirmi?

- Bu, ciddi problemdir. İtaliyada bütün qəzetlərin sahibləri sənaye müsəssisələri və güclü banklardır. Fransada da bu cürdür. Belə olan təqdirdə, qəzetlərin rəhbərliyində oturanlar məlum təzyiqlərə davam gətirməkdən ötrü güclü liderliyə malik olmalıdırlar.

- “Sən oxucuların dilində danışmalısan, intellektualların deyil” – sizin romanınızda qəzet rəhbəri deyir. Biz həm də öz oxucularımızın tənqidçisi olmamalıyıq?
- Ya oxucunu qurub-yaradırsan, ya da onun zövqünün dalınca düşürsən, rəy tədqiqatlarına görə. Eugene Sue oxucularına onların istədiklərini verərdi; Balzak isə oxucuların təsəvvürünə də gəlməyən situasiyalar və üslublarda hekayələr yazaraq, onların zövqünü döyüb tərbiyə etməyə çalışardı.

Bəzi kitablar deyirlər: “Mən sənin kimiyəm”. Bəziləri isə deyirlər: “Mən başqa cürəm.” Biz bu gün şahid olduğumuz üslub homogenləşməsindən qurtulmalıyıq, bunu hətta yeni media sənayelərinin özləri də tələb edirlər.

- Klişelər haqqında nə deyə bilərsiz?

- Mən öz kitabımda mətbuatı idarə edən bütün klişelərin siyahısını vermişəm. Hətta “yaxşı” qəzetlərin jurnalistləri də etiraf edirlər ki, onların da qəzeti bu klişelərə tabedir.

Bu, tənbəlliyin bir formasıdır. Deyirlər, ədəbiyyat dili diri saxlamağa xidmət etməlidir. Amma mətbuatın da məqsədi bu olmalıdır. Klişelər dili iflic vəziyyətinə salır.

- Sosial şəbəkələrdə dövran edən konspirasiya nəzəriyyələri sizi həmişə özünə cəlb edir. Niyə belədir?

- Mən okkultizm və konspirasiya nəzəriyyələri ilə savaşmağa çalışan bir assossasiyanın üzvüyəm. Konspirasiyadakı yalan-palan məni özünə cəlb edir.

Yalan olan, yanlış olan kitabları da yığıram. Mənim evimdəki kitabxanada Qaliley yoxdur, amma Ptolomey var! Çünki Ptolomey – səhv edirdi, yanlış idi! Əl-kimyaçıları və sehrbazları da bu səbəbdən xoşlayıram.

Semiotikanı - işarələr və simvollar yaratmaq qabiliyyətimiz – bizim həqiqəti necə deməyimiz yox, yalanı necə demək qabiliyyətimiz maraqlandırır.

12-ci əsrdə Con adlı bir vaiz müsəlman dünyasının tən ortasında xristian kralının idarə etdiyi nağılvari bir krallıqdan danışır, onu təsvir edirdi. O vaxt buna elə inanıblar ki, hətta Marco Polo Çinə səyahət edəndə həmin krallığı axtarıb!

Tarixi nəhəng yalanlar yarq niyyətlərini açdığını iddia edirdi. Təəssüf ki, bu, məşhur nümunələrdadır. “Sion müdriklərinin protokolları” bir anti-semitik mistifikasiya idi ki, yəhudilərin dünyaya ağalıən yalnız biridir. Yaxşıdır, ya pis, fakt budur ki, yalanların tarixə güclü təsiri olub

- Bugünkü konspirasiya nəzəriyyələrinin unikallığı nədədir?

- Bu gün dünyada yaxşı kommunikasiya kanalları var. Nəticədə biz yalan-palanın dərhal və daha geniş yayılıb çoxaldığını görürük.

Əvvəllər uydurmaçılar müəyyən bir redaktor tutmalıydılar. Bu günsə hər hansı anti-müsəlman gopçu, anti-semit ağıldankəm öz konspirasiyasını İnternetə yerləşdirə bilir.

Filosof Karl Popper yazırdı ki, konspirasiya sindromu daim sivilizasiyaları bürüyüb: Troya müharibəsi tanrılar haqda konspirasiya ilə başlayır (Homerə əsasən).

Konspirasiya nəzəriyyələri bizə məsuliyyətdən yayınmağa şərait yaradır. Sosioloq Georg Simmel yazıb ki, böyük sirrin gücü onun boşluğundan qaynaqlanır - ən yaxşı konspirasiyalar əksini isbat edə bilməyəcəyimiz konspirasiyalardır.

- Jurnalistlərin konspirasiyaları aradan qaldmaqda rolu ola bilərmi?

- Jurnalistlər yalan səltənətinin və manipulyasiyanın qarşısını almalıdırlar. Bu, onların döyüşlərindən biri olmalıdır. Bununla yanaşı, tənqidi ruhu ayıq saxlamalıdırlar. Fikrin standartlaşmasından uzaq durmalıdırlar.

İngiliscədən tərcümə: Oxu zalı

XS
SM
MD
LG