Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

12 nəfəri gün vurub


Foto illüstrasiya
Foto illüstrasiya

-

«May ayından indiyədək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 12 nəfər müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib».

Bunu apa-ya Stansiyanın baş həkimi Rauf Nağıyev deyib.

R.Nağıyev bildirib ki, havanın hərarətinin qalxdığı son iki gün ərzində günvurma ilə bağlı cəmi iki nəfər müraciət edib: «Onlarda da yüngül hallar idi. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib».

Baş həkim qeyd edib ki, günvurma ilə bağlı müraciət edənlər əsasən ortayaşlı insanlardır.

XS
SM
MD
LG