Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

«Azərbaycan Afrikaya inteqrasiya edir»


US vs. Russia
US vs. Russia

-

Əvvəllər hökumət rəsmiləri, başda da prezident İlham Əliyev özü olmaqla, çıxışlarında tez-tez «Avropaya inteqrasiya» sözünü işlədirdi. Amma son vaxtlar nəinki bu söz nadir hallarda işlədilir, elə bir təəssürat yaranır ki, ümumiyyətlə «Avropaya inteqrasiya» leksikondan silinib.

AZƏRBAYCAN ÖZÜ-ÖZÜNƏ İNTEQRASİYA EDİR...

Bu günlərdə deputat Astan Şahverdiyev AzadlıqRadiosuna müsahibəsində deyib ki, «Azərbaycan özü-özünə inteqrasiya edir»:

«Hətta prezident çox vaxt inteqrasiya sözünü də işlətmir ki, biz harasa inteqrasiya edirik. Çünki Azərbaycan özü-özünə inteqrasiya edir. Dünya dövlətləri də bundan nümunə götürməlidir».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Azərbaycan;n nə indi, nə də əvvəllər inteqrasiya siyasəti olmayıb. İnteqrasiya haqda danışılanlar ancaq imitasiya olub:

Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

«Çünki hakimiyyət üzərinə hansısa beynəlxalq öhdəlik götürmək istəmir. İstəyi ölkəni öz bildiyi kimi, öz şəxsi «şirkəti» kimi idarə etməkdir. İstənilən inteqrasiya da bunun üçün maneədir, öhdəliklər və götürülən öhdəliklərə nəzarət buna problemlər yaradır. Ona görə də Azərbaycan hakimiyyəti heç bir inteqrasiya siyasəti yürütmür».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«AZƏRBAYCAN XALQININ NEYİNƏ LAZIMDIR BU OYUNLAR?»

Politoloq Zərdüşt Əlizadə isə fərqli düşünür. Deyir ki, son proseslər Azərbaycanı nə Avropa, nə də özünə, birbaşa – Afrikaya inteqrasiya etdiyini göstərir:

Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

«Biz gedirik Afrikaya. Afrikanın Somali tipli ölkələrinə. Əvvəllər Azərbaycanda, az da olsa, elm, sənaye potensialı vardı. İndi bu dönüb olub orta əsr potensialı. İndi yaltaqlıq, yallanmaq, oğruluq, satqınlıq – bunlar əsas mahiyyətə çevrilir. Sovet dövrü ilə müqayisədə Azərbaycan xeyli geriləyib. Amma üzdən görünən nədir? Müftə neft pulu hesabına tikirlər, binaların üzlərini bəzəyirlər, beynəlxalq yarışlara ev sahibliyi edirlər. Bütün bu təmtəraqın arxasında bədbəxt xalqın yaşam mücadiləsi durur. Mənim xalqımın nəyinə lazımdır Avropa Oyunları, dünya çempionatı? Xalqa iş yerləri, təhsil, rəqabətədavamlı məhsul istehsalı, qanunun aliliyi, savad lazımdır».

Zərdüşt Əlizadə sonda təəssüflə Azərbaycan xalqının min bir əziyyətlə, mübarizə aparıb qazandığı azadlıqdan danışır:

«Yazıqlar olsun ki, Azərbaycan xalqı çalışıb vuruşdu və belə bir miskin vəziyyətə çıxdı».

XS
SM
MD
LG