Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

Yerevanda etirazçılar tələblərini artırırlar


Yerevanda aksiya - 25 iyun 2015
Yerevanda aksiya - 25 iyun 2015

-

Ermənistan polisinin rəisi Vladimir Gasparian paytaxtın başlıca magistral yolunu blokadada saxlayan etirazçılara müraciət edib, onları Yerevanda normal həyatın bərpası üçün sağlam düşünməyə çağırıb.

Polis rəisi hətta parlamentin bir neçə üzvü ilə danışıb ki, Marshal Baghramian prospektində etirazçılarla polis arasında canlı qalxan kimi dursunlar.

Həmin prospektin yaxınlığında prezident Serzh Sarkisian-nın administrasiyası və başqa rəsmi qurumlar yerləşir.

Polis rəisi deyib: «Biz təmkin və səbir nümayiş etdiririk, ancaq siz şəhərin həyat fəaliyyətinə əngəl yaradırsınız». O, həmçinin gənc fəallara ismarış yollayıb ki, onları başa düşürlər, ancaq o demək deyil ki, şəhər blokadada qalmalıdır. «Vətəndaşlar qanun çərçivəsində davransalar, polis kobud rəftar nümayiş etdirməyəcək»,- deyə Gasparian əlavə edib.

«Talana yox» aksiyasının liderləri bəyan ediblər ki, hökumət qarşısında tələblərin sayını artırıblar. Paytaxt Yerevanda başlıca magistralda blokadanı götürmək üçün öncə bu şərtlər yerinə yetirilməlidir.

«Talana son» hərəkatı daha əvvəl avqustun 1-dən elektrik enerjisinin 16 faiz artırılacağı

haqda qərarın ləğvini tələb edirdi.

Etirazçılar iyunun 26-da Baghramian prospektini blokadaya almaqla nəqliyyatın işini iflic ediblər.

XS
SM
MD
LG