Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:20

Yerevanda polis çadırı sökdü


Yerevanda aksiya - 26 iyun 2015.
Yerevanda aksiya - 26 iyun 2015.

-

İyunun 27-də səhər saatlarında polis Yerevanın mərkəzi Baghramian prospektində yolu bağlayan etirazçılardan birinin çadırını söküb və müsadirə edib.

Bu haqda məlumatı «Interfax» yayıb.

İyunun 26-dan 27-nə keçən gecə Yerevanda son günlərdə ən kütləvi və ən gərgin aksiya keçib. Paytaxt mərkəzində on mindən artıq insanın toplaşdığı bildirilir.

Axşam 22 saatlarında ikinci qütb yaranıb, aksiyanın keçirildiyi əsas yerdən bir qədər aralıda onlarla insan nəqliyyatın hərəkətini dayandırıblar. Polis və xüsusi təyinatlıların sayı artırılıb, onlar parlamentə və prezident sarayına gedən yolu müdafiə edirlər.

«Exo Moskvı» xəbər verir ki, iyunun 27-də Rusiya paytaxtında erməni fəallar Yerevandakı soydaşlarına dəstək məqsədilə həmrəylik aksiyası keçirəcəklər.

«Talana yox» etiraz aksiyası iyunun 19-da, hökumət elektrik enerjisinin qiymətini artırdığını bəyan edəndən sonra başlayıb.

XS
SM
MD
LG