Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:37

Azad Rəhimov: «300 milyon manat qənaət etdik»


Azad Rəhimov
Azad Rəhimov

-

«Dünya iqtisadi böhranı I Avropa Oyunlarının büdcəsinə təsir edə bilməzdi».

Gənclər və idman naziri Azad Rəhimov Rusiyanın TASS agentliyinə belə deyib.

Onun bildirdiyinə görə, oyunların tam büdcəsi planlaşdırılmamış xərclərlə birlikdə 1 milyard 174 milyon manat olub. Əsas büdcə isə 960 milyon manat təşkil edir.

«Neftin qiymətinin düşməsini deyirsinizsə, iqtisadi böhran Avropa Oyunlarının təsdiq olunan büdcəsinə heç bir şəkildə təsir edə bilməzdi. Məbləğ əvvəlcədən bu büdcəyə daxil edilib. Büdcə təsdiqlənibsə, bu o deməkdir ki, neftin qiymətinin düşməsindən asılı olmayaraq icra olunacaq» - A.Rəhimov qeyd edib.

Gənclər və idman naziri vurğulayıb ki, mövcud büdcəni manatın 30-33% devalvasiyası dəyişdirə bilərdi: «Bu, xaricdən gətirilən təchizatla bağlı bir çox sazişlərə təsir göstərərdi. Amma mən sizə deyə bilərəm ki, ölkə büdcəsindən - nə Maliyyə Nazirliyindən, nə də hansısa xüsusi fonddan biz bir dollar belə artıq pul istəməmişik. Manatın devalvasiyası, açılış mərasiminin xərcləri ilə bağlı vəziyyət büdcəyə, demək olar ki, təsir etməyib. Biz ilkin səsləndirilmiş rəqəmin çərçivəsində qaldıq».

A.Rəhimov bildirib ki, 240 million manat nəzərdə tutulan açılış və bağlanış mərasimləri üçün büdcədən əlavə pul istənilməyib. «Biz ümumi büdcədə 300 milyona qənaət etdik», - o deyib.

I Avropa Oyunları iyunun 12-dən başlayıb, 28-də başa çatmalıdır.

XS
SM
MD
LG