Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:25

İnteraktiv teatr...


«14-24»ün qonaqları ilə söhbət, 7 noyabr 2006
«14-24»ün qonaqları ilə söhbət, 7 noyabr 2006
«British Council» Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyilə «Forum Teatrı» adlı layihə həyata keçirir. Bu layihə çərçivəsində bir neçə ali məktəbdə tamaşa göstəriləcək. «Çıxış» adlı bu tamaşa ənənəvi tamaşalardan nə ilə fərqlənir? «14-24»ün bu dəfəki qonaqlarından olan Xəzər Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Firuzə Alimova deyir ki, layihənin əsas məqsədi cəmiyyətdə mövcud olan gender problemlərinin işıqlandırılması və bu haqda insanlarda ətraflı təsəvvürün yaradılmasından ibarətdir. Onun sözlərinə görə, «Forum Teatrı» Bakıda ilk dəfə 2005-ci ilin oktyabrında tamaşa göstərib, mövzu isə parlament seçkiləriylə bağlı olub.

Xanım Alimova bildirir ki, «Forum Teatrı» ümumiyyətlə, interaktiv teatrdır: «Tamaşa daha çox sosial problemlərə həsr olunur. Aktyorlar hər hansı bir sosial problemi səhnələşdirir, sonra isə tamaşaçıları bu mövzu ətrafında düşünməyə vadar edirlər. Tamaşa iki dəfə oynanılır. Birinci dəfə seyrçilər tamaşa ilə yaxından tanış olurlar. İkinci dəfə isə tamaşa nümayiş etdirilərkən seyrçilərdən kimsə istənilən rola müdaxilə edib, tamaşanı dayandıra və özünün fikirləşdiyi tərzdə qəhrəmanı oynaya bilər. Tamaşaçılarla aktyorları əlaqələndirən isə aparıcıdır. Burda aparıcı «coker» adlanır».


DİNLƏYİN


XS
SM
MD
LG