Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:57

“Yaxşı tələbə” Tunisdə çimərliyi necə qana boyadı?


-

İyunun 26-da Tunisdə 39 nəfərin ölümü ilə nəticələnən hücumu İŞİD üstünə götürəndın sonra turistlərin çoxu ölkəni tərk etməyə başlayıb.

Hücumu törədən 23 yaşlı Seyfeddin Yakubi isə qurbanlarına turist kimi, özü də gülə-gülə, zarafatlaşa-zarafatlaşa yaxınlaşıbmış.

Tunisin Sousse şəhərindəki Riu Imperial Marhaba Otelinin çimərliyində baş verən, terrorçu ilə birlikdə 39 nəfərin öldüyü hadisəsindən sonra dəhşətli detallar üzə çıxır. Qətliamdan sağ çıxan şahidlərin sözlərinə görə, 23 yaşlı terrorçu çimərlikdə turistlərdən seçilmirmiş. O özünü günə verən tursitlərə yaxınlaşıb zarafatlaşırmış. Yanında isə çimərlik çətiri varmış. Birdən elə həmin çətirin içindən “Kalaşnikov” silahını çıxarıb ətrafa atəş açmağa başlayıb. Şahidlədən biri terrorçunun xüsusilə ingilis və fransız turistləri hədəf ldığını bildirib.

Nişanlısını xilas edib

Çimərlik
Çimərlik

Hücum vaxtı nişanlısı Matthew James ilə birlikdə olan Sarah Wilson deyir ki, Matthew onu qorumaq üçün bədənini sipər edib. Özü isə ciddi yaralanıb. Sarah deyir ki, “atəş açılan kimi Matthew özünü üstümə atdı. Ona həyatımı borcluyam”.

Bəzi turistlər isə canlarını dənizə qaçmaqla qurtara biliblər.

5 dəqiqə içində qətliam

Öldürülən turistlərdən 38-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i ingilis turistlər olub. Hücumda gözəlliklə bağlı bloq yazan 24 yaşlı Carly Lovett də öldürülüb. İrlandiyalı Lorna Carty adlı tibb bacısı isə həyat yoldaşı ilə birlikdə qətlə yetirilib. Ailəsi ilə birlikdə istirahətə gələn ingilis turistlərdən biri deyib ki, “şahidi olduğumuz hadisə çox dəhşətli idi. O dayanmadan atəş açırdı. Görünür ki, oteli də yaxşı tanıyırmış. İnsanları öldürməsi təxminən 7 dəqiqə çəkdi”.

Otel rəhbərliyi isə gülləboranın 5 dəqiqə çəkdiyini bildirib.

Böyük Britaniyanln Xarici İşlər Nazirliyindən Tomas Elwood bildirib ki, “bu, 2005-ci ildə Londonda törədilmiş bombalı hücumlardan sonra britaniyalılara qarşı ən ciddi terror hücumudur”.

Tunisliləri vurmayıb

Riu Imperial Marhaba adlı oteldə işləyən qarsonlardan biri deyir ki, terrorçu ən çox əcnəbiləri hədəf almışdı. “Thomson First Choice” adlı İngilis tur operatoru müştərilərini geri gətirmək üçün Tunisə 10 təyyarə göndərib. Yaralıların müalicəsi isə Tunisdə davam edir.

Tunis prezidenti El Bacı Kaid el Sebsi xəstəxanada yaralılara baş çəkib. Tunislilərin çoxu isə qan vermək üçün xəstəxanalara axışır.

Yaxşı tələbə

Terroru həyata keçirən Seyfeddin Yakubinin kod adı Ebu Yahya el-Kayravani olub. O, Tunisin kasıb Silyana vilayətindəki bir kənddəndir. Kayravan şəhərində universitet tələbəsi olub.

Tunisin baş naziri Habib Essid deyib ki, Seyfeddin Yakubi dərslərində iştirak edən yaxşı tələbə kimi tanınırmış.

Tunisin təhlükəsizlik mənbələri bildirib ki, Yakubi qısa vaxt ərzində radikallaşıb, az sonra tələbə həyatından uzaqlaşıb.

Bu mart ayından bu yana Tunisdə əcnəbilərə qarşı törədilən ikinci qanlı terrordur. Birinci hücumda silahlılar Tunisdəki Bordo muzeyinə hücum etmişdi.

Həmin vaxt 22 nəfər öldürülmüşdü. Onların çoxu əcnəbilər idi.

XS
SM
MD
LG