Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:52

Yunanıstandan son anda təklif gəldi - Böhran


Alexis Tsipras və Yanis Varoufakis
Alexis Tsipras və Yanis Varoufakis

-

Yunanıstan iyunun 30-da səhər bildirmişdi ki, Beynəlxalq Valyuta Fonduna olan kredit bocunu ödəməyəcək.

Bunu ölkənin maliyyə naziri Yanis Varoufakis bəyan etmişdi.

1,8 milyard dollarlıq borc (bu, yüz milyardlarla borcun sadəcə, faizidir) Avropa vaxtı ilə saat 18:00-dək ödənilməli idi.

Amma son anda baş naziri Alexis Tsipras Avropa Birliyi rəhbərlərinə və beynəlxalq kreditorlara borcun qaytarılması üçün yeni təkliflərini verib.

Yunanıstan istəyir ki, ona Avropa Sabitlik Mexanizmi çərçivəsində 2 illik yardım verilsin. Bu həm ölkənin borcu qaytarmaq imkanlarını bərpa etsin, həm də borcu restrukturizasiya etmək şansı yaratsın.

Yunanıstan onu da bildirib ki, avrozonada qalmaq istəyir, amma əldə ediləcək razılaşmanın davamlı olmasını istəyir.

Birliyin maliyyə nazirləri təklifi hazırda müzakirə etməyə toplaşıblar.

Təklif bəyənilməsə, Yunanıstana beynəlxalq maliyyə yardımı proqramı dayandırılacaq.

İyulun 5-də təyin edilmiş referendumun aqibətinin bu təklifdən sonra necə olacağı bilinmir.

Baş nazir xalqı çağırmışdı ki, Avropa Birliyinin borc şərtlərinə, büdcə xərclərinin azaldılması və pensiyaların azaldılması tələbinə yox desinlər.

Dünən Afinanın mərkəzinə hökumətə dəstək nümayiş etdirmək üçün 10 minlərlə adam yığışıb.

İyunun 30-da isə əlehdarların nümayişi gözlənilir.

XS
SM
MD
LG