Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:18

«Biz ondan-bundan kimano axtarırdıq»


Aishe Qurbanli, judoist
Aishe Qurbanli, judoist


-
«Azadlıq» qəzeti mayın 19-da Binəqədi rayonunda binanın yanmasından sonra prezidentin keçirdiyi müşavirəni xatırladır:

«Həmin müşavirədə İlham Əliyev «Bu hadisədən sonra Avropa Oyunlarının heç bir dəyəri yoxdur» söyləmişdi. Bəs sonrakı mərhələdə nə baş verdi? Avropa Oyunları bir nömrəli məsələyə çevrildi və bütün təbliğat bu tədbirin üzərinə kökləndi. Məlum oldu ki, hakimiyyət bu məsələdə də imtiasiya edib. Artıq yanğın qurbanlarının 40 mərasimi də başa çatıb. Hələ də günahkarlar azadlıqda meydan sulayır. Üstəlik, məsuliyyət daşıyanlara «Şərəf» və «Şöhrət» ordenləri də verilir».

Qəzet yazır ki, «Əliyev sonrakı addımları ilə bir daha təsdiqlədi ki, həmin fövqəladə müşavirə də, məmurlara barmaq silkələnməsi də cəmiyyətin qəzəbindən sığortalamaq üçündür».

«Yarış günü düşüb kimano axtarırdıq»

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığma komandasının üzvləri «Qafqazinfo» saytına müsahibələrində deyiblər ki, Avropa Oyunlarında uğursuz çıxış etmələri əvvəlcədən gözlənilən idi.

Komandanın üzvü Ayşə Qurbanlı deyib ki, «Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan-bundan kimano axtarırdıq. Öz pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki?»

Ətə, yağa, südə, tərəvəzə tamarzıyıq

«İnsanlar arasında müxtəlif xəstəliklər artıb, uşaqların isə boyları balacadır, psixoloji durumları yaxşı deyil, yəni çətinliklərə, əsgərlikdəki sərt rejimlərə çox çətin davam gətirirlər. Bunların hamısı norma səviyyəsində qidanın qəbul edilməməsinin nəticəsidir».

Bunu «Bizim Yol» qəzetinə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.

Ekspert bildirib ki, Azərbaycan adambaşına əsas qida məhsulları istehsalında və istehlakında MDB ölkələri sırasında geridə qalır, yalnız Tacikistandan irəlidədir. Bir sözlə, əhali ətə, yağa, südə, tərəvəzə tamarzıdır.

Bahar Muradova: «Azərbaycanın birinci xanımının fəaliyyəti ilə qürur duydum»

«Əgər cənab prezidentin cəsarəti, qətiyyəti Oyunların keçirilməsində böyük rol oynadısa, birinci xanım Mehriban Əliyevanın da gərgin əməyi, zəhməti və yüksək zövqü nəticəsində bu Oyunlar hələ uzun illər yaddaşlardan silinməyəcək izlər qoydu»

Bahar Muradova: «Azərbaycanın birinci xanımının fəaliyyəti ilə qürur duydum»

«Yeni Azərbaycan» qəzeti parlamentin vitse-spikeri Bahar Muradovanın fikirlərini dərcə edib.

Bahar Muradova bildirib ki, «heç də təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Azərbaycanın ən ali mükafatı ilə təltif edildi. O, Heydər Əliyev irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində böyük fədakarlıq və qətiyyət nümayiş etdirməklə yanaşı, gənc nəslin sağlamlığının hamisi olaraq da bu mötəbər idman tədbirinin təşkilində çox yüksək səviyyədə əzm və bacarıq sərgilədi. Mən Azərbaycanın birinci xanımının fəaliyyəti ilə bir daha qürur duydum».

XS
SM
MD
LG