Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

"Meydan TV-yə qarşı yeni repressiya dalğası"


.

“Sərhədsiz Reportyorlar” jurnlalistləri beynəlxalq müdafiə təşkilatı Azərbaycanda jurnalistlərə qarşı davam edən təzyiqləri pisləyir.

Təşkilat MeydanTV-nin bir qrup jurnalistinin ölkədən çıxışına qadağa qoyulduğuni xatırladır.

“Telejurnalistlər Natiq Cavadlı, Elnur Muxtarov, Aytən Ələkbərova və Şirin Abbasov iyunun 30-da heç bir izahat verilmədən Gürcüstana buraxılmayıblar. Bu, sözügedən online resursun rəhbəri, Berlində yaşayan və işləyən Emin Millinin Azərbaycanda nazir tərəfindən naziri hədələrə məruz qalması barədə məlumatından 4 gün sonra baş verib”.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Johann Bihr bildirir ki, “artan təzyiqlər Meydan TV əməkdaşlarına qarşı yeni repressiya dalğasına çevrilə bilər”.

“Sərhədsiz Reportyorlar” təzyiqlərə MeydanTV-nin Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı reportajlarının səbəb olduğunu bildirir .

Bəyanatda deyilir: “18 aylıq həbs cəzasından sonra 2012-ci ildə Amaniyaya gedən Emin Milli Avropa Oyunları ərəfəsində korrupsiya faktları, Azərbaycanın bu oyunlardan öz beynəlxalq imicini yaxşılaşdırmaq, diqqəti insan haqlarının pozulmasından yayındırmaq üçün istifadə etməsi haqda beynəlxalq mediaya müsahibə verib. Emin Millinin ünvanına hədələr çox ciddidir. Bu, ən yüksək səviyyədə baş verir.”

Qurum Almaniya hakimiyyətini Millinin müdafiəsinə zəmanət vermək üçün lazım olan hər şeyi etməyə çağırır.

Emin Millinin Azərbaycanın Gənclər və İdman naziri tərəfindən hədələrə məruz qalması barədə iddialara hələlik Bakıdan hər hansı rəsmi reaksiya yoxdur. Amma adətən Azərbaycan rəsmiləri ölkədə söz və mətbuat azadlığına təminat verildiyini, heç bir jurnalistin yazdıqlarına görə hücumlara məruz qalmadığını bildirirlər.

Amma insan haqları fəalları məhz jurnalist fəaliyyətinə görə Azərbaycanda adamların həbsxanalara atıldıqlarını deyirlər.

XS
SM
MD
LG