Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:45

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

15:58 6.7.2015

11 nəfər tibbi yardımdan sonra evə buraxılıb

Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. L. Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.
Telemexanika Zavodunda baş verən qəza nəticəsində 48 yaşlı bir qadın ölüb. O, ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

16:05 6.7.2015

"Şirvanda zavodda qəza qısaqapanmadan olub"

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib. S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib. MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

16:41 6.7.2015

3 nəfər Bakıya göndəriləcək

Şirvan şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinin müdiri Tofiq Hüseynov AzadlıqRadiosuna deyib ki, xəstəxanaya gətirilənlərdən 13 nəfərinə ilkin amblator tibbi yardım göstərilib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Tofiq Hüseynov onlardan 3 nəfərinin vəziyyətinin daha ağır olduğunu bildirib:"Həmin xəstələr Bakıya göndəriləcək. Digər 3 nəfərsə bizim xəstəxanada müalicəsi davam etdiriləcək".

16:51 6.7.2015

Şirvandakı zavod 2 il əvvəl istifadəyə verilmişdi

Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodu cəmi iki il öncə istifadəyə verilib.AzNews.az xəbər verir ki, telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzi 2013-cü ilin iyulunda açılışı olub. Zavodun açılışında prezident İlham Əliyev də iştirak edib. Zavodda il ərzində üç növbəli iş rejimində üç növdə 7 milyon patron istehsalı nəzərdə tutulub. Mərkəzdə 106 dəzgah quraşdırılıb. Mərkəzdə 264 nəfər ixtisaslı mütəxəssis çalışır.

Davamı

XS
SM
MD
LG