Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:28

İranla bağlı ilkin saziş hazırdır


Diplomatlar bildirirlər ki, onlar İran üzərindən sansksiyaların qaldırılma mexanizminə dair sınaq sazişinin mətnini razılaşdırıblar.

İran və dünyanın aparıcı gücləri arasında Tehran üzərindən ABŞ və Avropa sanksiyalarının qaldırılmasına dair ilkin sınaq sazişi imzalanıb, lakin tərəflər arasında İranın nüvə fəaliyyəti ilə bağlı fikir ixtilafları qalmaqdadır.

Diplomatlar bildirirlər ki, onlar İran üzərindən sansksiyaların qaldırılma mexanizminə dair sınaq sazişinin mətnini razılaşdırıblar.

Vaxt cədvəli

Bununla belə, altı Qərb dövləti İran üzərinə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə qoyulmuş sanksiyaların qaldırılması, habelə İran şərtlərə əməl etmədiyi təqdirdə bu sanksiyaların təkrar qoyulması mexanizmi barədə də razılığa gəlməlidir.

Diplomatlar bildirirlər ki, İranla bağlı heç də bütün məsələlərə hələlik aydlınlıq gətirilməyib.

Onlar deyiblər ki, sanksiyaların qaldırılması üçün vaxt cədvəli nüvə enerjisinə dair yekun sazişinə əlavə olunacaq.

Dörd-beş məsələ

İranın baş danışıqçısı Abbas Araghchi
İranın baş danışıqçısı Abbas Araghchi

İranın baş nüvə danışıqçısı Abbas Araghchi deyib ki, sanksiyalara dair “dörd-beş məsələ” barəsində açıq qalan suallar vardır. Bunlardan biri də Tehranın öz nüvə proqramını məhdudlaşdırması ilə onun üzərindən sanksiyaların qaldırılmasının sinxronlaşdlırılması məsələsidir.

"İran üzərindən sanksiyaların qaldırılması ilə Tehranın texniki öhdəliklərinə əməl etməsinin eyni vaxtlılığına dair qəliz məsələ həllini tapmayıb” – deyib Araghchi.

Danışıqlara görə saziş əldə olunan kimi, yəni elə gələn həftə İran nüvə proqramını məhdudlaşdırmalıdır.

Tehrana “əliboş”?

Lakin Araghchi deyib ki, bu prosesə dörd ay vaxt lazım gələ bilər. O işarə vurub ki, İran sanksiyaların qaldırılmasını belə uzun müddətdə gözləmək niyyətində deyil.

Əgər biz bütün qırmızı xətlərimizə ehtiram göstərən razılaşma əldə edə bilsək saziş hasilə gələcək. Əks halda biz Tehrana əliboş qayıtmağa da hazırıq

Araghchi həmçinin xəbərdarlıq edib ki, danışıqlar hələ də iflasa uğraya bilər.

“Əgər biz bütün qırmızı xətlərimizə ehtiram göstərən razılaşma əldə edə bilsək saziş hasilə gələcək. Əks halda biz Tehrana əliboş qayıtmağa da hazırıq” – deyib İran rəsmisi.

Bir vəzifəli ABŞ rəsmisi jurnalistlərə deyib ki, hətta bütün məsələlər ekspertlər səviyyəsində həll ediləndən sonra da, elə məqamlar var ki, bunları nazirlər müzakirə etməli olacaqlar.

7 iyul – yeni tarix

ABŞ dövlət katibi John Kerry deyib ki, tərəflər arasında indiyədək bu qədər sıx yaxınlıq olmayıb, lakin danışıqların uğuruna hələ də tam təminat verilə bilməz.

John Kerry, habelə İranın və Çinin xarici işlər nazirləri Mohammad Javad Zarif vəWang Yi danışıqülarəın aparıldığı Vyana şəhətrini tərk etməyiblər.

Bütün səylərə baxmayaraq yekun saziş iyunun 30-dək verilmiş möhlət müddətində əldə oluna bilməyib, lakin indi dilplomat və ekspertlər 7 iyulu yeni tarix elan ediblər.

Bütün tərəflər razılaşmaya yaxın olduqlarını bildirirlər.

Sazişin 90 faizi hazırdır

Qərb və İran rəsmiləri deyirlər ki, çox müşkül məsələlərdən birinə – İranın nüvə obyektlərinin gələcək sazişə müvafiq şəkildə monitorinqinə dair kompromis əldə oluna bilər.

Gözlənilən başqa bir kompromis İranın aşağı dərəcəli uran anbarına aiddir. Qərb və İran diplomatları bildirirlər ki, İran aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatının əksər hissəsinin ölkədən çıxarılması məsələsinə baxır. Tehran əvvəllər buna qəti etiraz bildirmişdi.

Rusiya diplomatları deyiblər ki, azı 20 səhifə həcmində olacaq yekun sazişinin “90 faizi yazılıb”.

İranın nüvə keçmişi

Bununla belə çoxsaylı fikir ayrılıqları qalır.

Bunlardan biri də İranın keçmişlərdə nüvə təhqiqatının hərbi aspekti ilə məşğul olub-olmadığına dair dalana dirənmiş BMT araşdırmasıdır. BMT bildirir ki, İranın razılıq verəcəyi təqdirdə bu məsələnin araşdırılması ilin sonlarınadək başa çata bilər.

Qərb diplomatları bildiriblər ki, onlar bu sahədə Tehrandan açıq etiraf tələb etmirlər, lakin BMT İranın nüvə proqramının keçmişinə dair hər şeyi bilməlidir.

Başqa bir çətinliyi yaradan İranın təkmil sentrifuqlar, uranı nüvə stansiyalarında istifadə məqsədilə təmizləyən qurğular üzərində tədqiqat işlərini davam etdirməkdə israrlı olmasıdır.

XS
SM
MD
LG