Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51

Haker şirkət Azərbaycanla əməkdaşlıq edirmiş?


-
Dövlətlərə öz vətəndaşlarını izləmək üçün kompüter virusu satan şirkət "HackingTeam"in özünə haker hücumu edilib.

Hakerlər 500 GBdan çox məlumat yayıblar. Bu şirkətin aktiv müştəriləri arasında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin də adı var.

AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRLİYİ VƏ FBI

"Hacking Team" italyan şirkəti polisin vətəndaşlara haker hücumlarına yardım göstərirdi. İndi isə özü hücuma məruz qalıb. Şirkətin tvitter hesabını ələ keçirən naməlum hakerlər daxili yazışmaları, 500GB-lik (theverge.com 400 GB yazır-red.) daxili faylları açıblar.

Hələlik bu hücuma görə heç bir haker qrupu məsuliyyəti öz üzərinə götürməyib.

Hacking Team-in 40-dan çox işçisi var və onlarla ölkədə hüquq-mühafizə orqanlarına kommersiya məqsədli haker proqramları satır. Həmin ölkələr içində Mərakeş, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Azərbaycan var. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin adı şirkətin müştəriləri sırasındadır.
Müştərilər içində ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI), Çin, Avstraliya, İspaniya, İraqın adlarına da rast gəlinir.

Hacking Team təhlükəsizlik dairələrində YouTube və Microsoftu-un Live xidmətlərinə virus salmağıyla məşhurdur. Bu şirkəti iki italyan proqramçı yaradıb. Onlar əvvəlcə Ettercap proqramını yaradıb, bu proqram insanlar üzərində casusluq etmək istəyən hakerlərin əsas silahına çevrilib. Ettercap sonucda Hacking Team-ə (“Hək edən komanda”) çevrilib. İndi isə rəqibləri şirkətin tvitter hesabının adını belə dəyişiblər: Hacked Team- yəni “Hək olunmuş komanda”.

İNSAN HAQLARI QAYDALARI

Hacking Team heç vaxt müştərilərinin siyahısını açıqlamayıb və hökumətlərlə əməkdaşlıq etdiyini yalan adlandırıb. Şirkət insan haqlarıyla bağlı daxili proseduru olduğunu bildirib.

Hələlik hakerlərin nə qədər informasiya əldə etdiyi bəlli deyil, ancaq bir mənbə “Motherboard.vice.com” saytına deyib ki, hakerlər “hər şeyi ələ keçiriblər”.

Təxminən bir il əvvəl FinFisher şirkətinə oxşar hücum olmuşdu. Həmin şirkət də dünyada hüquq-mühafizə agentliklərinə kəşfiyyat proqramları satırdı.

İş günü bitdiyi üçün Milli Təhlükəsizlik Nazirliyindən xəbərə reaksiya öyrənmək mümkün olmadı.

XS
SM
MD
LG