Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:24

SOCAR-ın 5. 8 milyard borcu var


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

-

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) 2014-cü ilin sonuna borcu hardasa 5 milyard 800 milyon manat olub. Bu ötən dövrdəkindən 812 milyon manat daha çoxdur.

Bu haqda İqtisadçı Qubad İbadoğlu öz facebook hesabında yazıb.

SOCAR-ın 2014-cü il üzrə maliyyə məlumatlarını təhlil edən iqtisadçı yazır ki, ümumi borcların 2 milyard 212 milyon manatı qısamüddətli borc öhdəlikləridir. Bundan başqa təkcə 2014-cü ildə götürülən borcun 91 faizi (748 mln manatı) qısamüddətli borc olub.

Azərbaycan Respublikasının 1 yanvar 2015-ci ilə olan xarici dövlət borcu 5 milyard 81 milyon manatdır. SOCAR-ın borcu isə dövlət borcundan 716 milyon daha çox - 5 milyard 797 milyondur.

Dövlət və SOCAR-ın ümumi borcu 10 milyard 878 milyon manatdır. Bu Azərbaycan əhalisinin adambaşına 1150 manat borc deməkdir.

XS
SM
MD
LG