Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

14:29 14.7.2015

Bakıda daha bir "ASAN Xidmət" mərkəzi açıldı

Bakıda 5 saylı “ASAN xidmət” mərkəzinin açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşir.

Mərkəzin ümumi sahəsi 5600 kvadratmetrdir. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi 30 növ xidmət göstərir.Ətraflı burda

14:29 14.7.2015

Sumqayıt sakini: "Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər"

Sumqayıtda ağac kəsilməsinə etiraz edən sakin başına gələnləri danışır

"Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

14:07 14.7.2015

İlham Əliyev: " Haqq qoyurlar,"Krışalıq" edirlər""

İlham Əliyev Nazirlər Kabinetinin toplantısılnda deyib: "Dövlət qurumlarına da göstəriş verirəm ki, (sahibkarlara - Azadlıq Radiosu) əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.

"“Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər."

13:07 14.7.2015

İranla Böyük 6-lıq nüvə razılaşmasını nəhayət ki, əldə edib

Davamı

XS
SM
MD
LG