-
Bir neçə aydır İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır.
Bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilmiş toplantıda deyib.
Nazir bildirib ki, bu ilin payızına kimi dərmanların qiyməti sahəsində problemlərin qarşısı alınacaq.
Xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Oqtay Şirəliyev deyib ki, bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər:
«Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanıb».