Ramiz Meydiyevdən "dövlətə xəyanət" ittihamı
Xədicə İsmayılın həbsindən az əvvəl Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev mətbuatda çap edilmiş yazısında X.İsmayılı “Antiazərbaycan təbliğatında, dövlətə xəyanətdə, yalan yaymaqda” ittiham etmişdi.
"Bu ölkəni zibildən təmizləməyə öyrəşmişəm”
2013-cü ildə isə X.İsmayıl Bakıda keçirilən dinc aksiyada iştirakına görə saxlanaraq 500 manat cərimələnmiş, cəriməni ödəməkdən imtina etdiyi üçün Binəqədi Rayon Məhkəməsi onu 220 saatlıq məcburi ictimai işə, küçə süpürməyə məhkum etmişdi.
X.ismayıl “mənim üçün problem deyil, bu ölkəni zibildən təmizləməyə öyrəşmişəm” demişdi.
Xədicə İsmayıl şantaj edilir
2012-ci il martın 7-də Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıl hədə məktubu alır. Naməlum şəxslər onu təhdid edirlər ki, “susmayacağı təqdirdə” seks görüntüləri yayınlanacaq, “rüsvay olacaq”.
X.İsmayıl şantaj qarşısında geri çəkilmir və görüntülər İnternetə qoyulur. Jurnalist ona qarşı kampaniyanın, evinə kamera quraşdırılmasının arxasında Milli Təhlükəsizlik Nazirliyi və Prezident Aparatının dayandığını bəyan edir.