Xədicə deyib ki...
Mustafayev verdiyi açıqlamalarda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanması və ifadələrə məcbur edilməsi ittihamları vardı. İynə vurulması, şantaj edilməsi haqda açıqlamalar vermişdi. İndi də ehtimal ola bilər ki, onun başına nəsə iş gəlib, bu üzdən bu iş üzrə zərərçəkmiş şəxsin iştirakı olmadan ifadə verməyəcək.
«Tural Mustafayev deyirsə ki, müxalifət mediası onu qeyri-müəyyən nüfuzuna, iqtidar mediası da AzadlıqRadiosunda işlədiyinə görə işə götürmür, o zaman İlham Əliyev də gəlib mənim yanımda müttəhim kimi dayansın. Çünki Turalın iqtidar qəzetlərində işə götürülməməsinin məsuliyyəti onun üzərindədir» - X.İsmayıl məhkəmədə bildirib.
Məhkəmədə fasilə elan edilib. Proses saat 2-də davam edəcək
Tural gəlmədi
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın işi üzrə prosesdə məhkəmə Tural Mustafayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.
O, iş üzrə zərərçəkən kimi keçir və X.İsmayıl məhz onun şikayəti əsasında özünüöldürmə həddinə çatdırmada ittiham edilib və həbs olunub.
Lakin sonradan T.Mustafayev polisin təzyiqləri altında X.İsmayıla böhtan atdığını bildirib və şikayətindən imtina edib. /Turan/
Xədicə ifadə verəcək
Xədicə İsmayıl bu gün ifadə verəcək. Zərərçəkmiş Tural Mustafayev, şahidlər - Tural Mustafayevin nişanlısı Rövşanə Rəhimova, jurnalist Aynur İmranova, Turalın ailə üzvləri və «Park Bulvar»da hadisə vaxtı Tural Mustafayevi xəstəxanaya aparmış bulvar işçisi dindiriləcək.