Məhkəmə jurnalist Xədicə İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verdi.
Onu həmkarı Tural Mustafayevi ölüm həddinə çatdırmaqda ittiham edirdilər.
T.Mustafayev məhkəmədə X.İsmayılova haqda istintaqa verdiyi ifadədən imtina etmiş, intihara cəhdinin nişanlısı ilə münasibətinin pozulmasından qaynaqlandığını demişdi.
Xədicə barədə hökm açıqlandı
Jurnalist Xədicə İsmayıl 7,5 il müddətinə azadlıqdan məhrum edildi.
Onu vergidən yayınmaqda, mənmsəmədə, qanunsuz sahibkarlıqla məşğul olmaqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliblər. X.İsmayıl ittihamları rədd edir.
Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
Jurnalistin anası: Xədicənin qələmi dayanmacaq!
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən jurnalistin anası deyib ki, Xədicə hökmü gülərək qarşılayıb:
Xədicə barədə hökmə beynəlxalq reaksiyalar
Avropa Şurasının Baş Katibi Thorbjorn Jagland, Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur, “İnsan Haqları naminə İdman” koalisiyasına daxil beynəlxalq təşkilatlar, Azadlıq və Azad Avropa Radioları Korporasiyasının Baş redaktoru Nenad Pejic araşdırmaçı jurnalist Xədicə İsmayıl barədə çıxarılan 7,5 illik hökmü pisləyiblər.