Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:12

Prezidentə yazılan məktub kimin əlinə keçdi?..


Arxiv fotosu
Arxiv fotosu

-

"İllərdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətilə ev “davasına” çıxmışam".

Bunu "Qaynar xətt"ə Sumqayıt şəhər sakini Şakir Məmmədov deyir. Onun sözlərinə görə, 30 ildir ki, Sumqayıt şəhər İcra Hakimiyyətində güzəştli ev növbəsinə götürülüb. 7 nəfər ailə üzvü ilə 12 kv.m sahəsi olan yataqxanada otağında yaşayır. Azı 15 ildir ki, müxtəlif qurumlara yüzlərlə məktub yollayaraq yaşadığı şəraitin dözümsüz olduğunu bildirir.

"Dəfələrlə bildirmişəm ki, Sumqayıt şəhərində inşa edilən binalardan sahibkarlar Sumqayıt Icra Hakimiyyətinə 4-5 mənzil “pay” verir. Ancaq bu mənzillər satılır. Nəticədə ev növbəsinə dayanıb, mənim kimi yataqxanalarda zülmə qatlaşıb ömrünün böyük hissəsini çürüdənlər kənarda qalır".

NAZİRƏ MÜRACİƏT ETDİM

Şakir Məmmədov daxili işlər naziri Ramil Usubova müraciət edİb. Onu bu addımı atmağa nə var edirb, səbəbindən özü danışır:

Bu il mayın 5-də prezident İlham Əliyevin elektron poçt ünvanına acınacaqlı mənzil problemimlə bağlı müraciət göndərmişəm. Həmin gün müraciətimdən 3 saat 20 dəqiqə sonra naməlum nömrədən özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən və adının Adil olduğunu deyən şəxs ev telefonumuza zəng etdi. Dedi ki, ölkə başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları evimizdə 15-20 dəqiqədən sonra çəkiliş aparacaq. Guya 1 həftə ərzində bizə geniş, rahat mənzil veriləcək. Nazir Səlim Müslümov bizi şəxsən qəbul edəcək və sair".

Vətəndaşın şikayəti ondandır ki, onunla gizli nömrədən danışan şəxs sonradan əlaqə saxlamayıb. Bu da onda şübhələrin yaranmasına səbəb olub:

"İş orasındadır ki, həmin şəxs 2 il əvvəl Mənzil İstismar İdarəsindən aldığım ailə tərkibi haqqında arayışda ailə üzvlərimizin ad-soyad, təvəllüdünü bizə xatırlatdı. Buna görə daha da inandıq. Mən o adamdan əlaqə nömrəsi istədim, dedi, çəkilişə gələndə vizitka verəcək mənə. Maraqlıdır, həmin şəxs o arayışı necə əldə edib?"

ŞÜBHƏLİ ZƏNG ARAŞDIRILSIN

Şakir Məmmədov səs-soraq gəlmədiyini görüb 3 gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminatı Xidmətinin sektor müdiri Ümidvar Cəfərovun yanına gedir. Məlum olur ki, ona mənzil verilməsi ilə bağlı heç bir göstəriş yoxdur.

"Heç Nazirlikdən mənə zəng olması barədə də məlumatları yox idi. Maraqlıdır, prezidentin elektron poçtuna göndərdiyim məktub kimin əlinə və necə keçib? Mənimlə oyun oynayan kim olub? Bunun araşdırılması üçün nazir Ramil Usubova müraciət etmişəm. Zarafat deyil, söhbət ölkə başçısına yazılan məktubdan gedir".

Şakir Məmmədov nazirdən qeyd olunan vaxtda evinə naməlum şəxs tərəfdən gələn zəngin araşdırılmasını istəyib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər ki, şəhərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə evlər tikilir və əlil, şəhid ailələrinə verilir. Bu kateqoriyaya aid olmayanlar üçün ev tikintisi isı çoxdan dayandırılıb.

XS
SM
MD
LG