Oktyabrın 15-də Nəsimi Rayon Məhkəməsi Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu haqqında 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Bu haqda Respublika Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verdi.
Həbsdən iki gün əvvəl noyabrın 13-də isə Rafiq Tağıya qarşı Cinayət Məcəlləsinin 281.1-milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlər maddəsi ilə cinayət işi başlanmışdı. O, «Sənət» qəzetində dərc olunmuş «Avropa və biz» yazısında Məhəmməd peyğəmbəri təhqir etməklə düşmənçilik yaymaqda ittiham olunur. Həmin yazı dərc olunandan sonra Bakının Nardaran kəndində bir qrup dindar mitinq keçirib Rafiq Tağını ölümlə hədələmişdilər. Qafqaz Müsəlmanları İdarəsi isə məsələyə Mətbuat Şurasına müraciət etməklə qarışmışdı.
Rafiq Tağı isə sözügedən məqalədə təhqir deyil, sərt ifadələr olduğunu, bunun da emosiyalara təsir etdiyini bildirmişdi. «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu isə bir neçə gün əvvəl «Avropa və biz» məqaləsinə görə müsəlmanlardan üzr istəmişdi.
Rafiq Tağı Azərbaycanda milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlərə görə ittiham olunun ilk yazıçıdır.