Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:06

Sağ qabırğa sola, sol qabırğa sağa


Divanə Ozan Təklə
Divanə Ozan Təklə

-

Divanə Ozan Təklə (Ağayar Xələf)

Ernest Hemingweyə intihar etmək üçün icazə almaq lazım idi

Antiroman-Antibalet

“Sağalmaq sağalmamaq tərəfdədi” silsiləsindən

İtilin və Babilin itməyinə və”Quran”dan aldığım koordinatlara ithaf edirəm:

  1. Oxu, yalnız bu kitabı oxu, ucadan oxu və dərk etməyə çalış.
  2. Elm ziyanlı şeydi.
  3. Və s. və i.a.

Birinci kitab

Yaradıcı suç:” Sizə deyirəm ki, mən ölmürəm, melo qrotesk tribun!”

“intihar edən atasının evini tikir”

şumer qaynaqlarından

son söz yerindən qopub ön söz yerinə gələn söyləmə: duallığ

- Sağ qabırğa sola!

- Sol qabırğa sağa!

Koala sümük və Qəddafi sümük bir-birinə baxdılar və bu baxışlar sanki balet teatrının tamaşasındakı baxışlar kimi idi bu və balaca əl dəsmalları paltar ipindən asılı halda bu vəziyyətdə başqa şeylər haqqında düşünmək və realizə etmək ki, sağ qolundan sol ayağına kimi gərginliyi hiss edirsən, nə üçün əsəbi o biri səhifəni çevirənsayaq, uzun əcnəbi sözləri tələffüz edə bilməmək və başa düşməmək, bu necə oldu bilmirəm, bu başlanğıc günah “ağlama əzizim” mənasını verirdi.

*** xatırlama

Həyatın bütün mərhələsi arxada qalanda arxayın olmaq təcrid olunmaqdı. Sümük psixologiyasının duallığına kömək etmək yaxı iş deyil.

***

- O yenə dayandı?

- Yox, yox, indi yox.

- Orda başqa sümük var.

- Məncə bu həyat sümüyüdü. Görürsən?

- O balaca sümüyə bax, ondan bir az arxada iki gənc sümük var.

- Onlar da qaçır, elə deyilmi?

- Şeytan da ordadı.

- Ah şeytan... doğrudan şeytan da ordadı?

- Heç nə deyə bilmərəm.

- Qərbdə, Şərqdə bu dəqiqə həyəcan siqnalları bu səbəb üçün bunun mənasını axtarırlar.

- Oh, hər şey qaydasındadı indi.

Gənc sümüklərin səs tonu elə bil səmadan gəlirdi, bəlkə də yerin altindan.

Sümük kölgələri yavaşca və sakitcə itirdilər.

- Oh, bütün qaranlığı biz burda qalacağıq?

- Deyəsən narahatsan.

- Mən indi şamlar haqda fikirləşirəm.

Qaranlıq öz işindəydi, Qərbdən Şərqə qədər. Şimal üfüqlərindən yeni qaranlıq gəlirdi üzü bəri.

Qaranlıqdan başqa heç nə yox idi.Bir də soyuq vardı.

***

xatırlatma

Balet teatrında dekorator süni kərpicləri sırayla düzdü.Dəlilər tamaşa boyu süni kərpicləri başlarında sındıra-sındıra rəqs edir, qışqırırdılar:

- Mən itmək istəmirəm.

Bir dəli isə səsini başına atmışdı:

- Mən itmək istəyirəm.

İtməyi dəlilər intihar kimi başa düşdüklərindən belə deyirdilər

Səddam Hüseyn sümük sümük güldü. Dünya Səddam Hüseyn sümüyə dibsiz görünəndə qarşısındakı soynmuş Dilruba sümüyü başdan- ayaga acgözlüklə süzəndə bu özünəinamın qiymətli əlaqəsi fizionomyasında stirel səthlər kimi uçan dirbaş üst dodaqdakı öpüşsayaq qızıl monoqramlı fincan bəzən boşlugu doldurmaq çətin olur.

Çəkisizlikdə yaşamaq çətindi. Döşünün sag giləsini əmərkən süd vəzisinin taktı kimi olur, başqa sözlə ağız köpüklənir belədə və Səddam Hüseyn sümük kişi qartal sümük uçucu hidrogen birləşməsi...

Səddam Hüseyn sümük gecikirdi və döşəmədən tavanacan olan güzgüdə nəfəs almadan – nəfəs almamaq harmoniyası sındırılan nəfəs kimi olsa da , əslində o sındırılmayan nəfəs lövhəsinə daha çox oxşayırdı.

İnersiya olan yerdə susmaq - ən yaxşısı bu idi, ancaq sivilizasiya silueti çöl tərəfdə iç tərəfdəkindən yaxın idi, başqa sözlə sol və sağ sümüklər qeyri reallığa hazır olmaqla onların fiqurlarını gözlənilməz divarın ucalmasıyla həyəcan hər yeri bürümüşdü.

***

yox

- Sənin ideyan var?- ölkə imperatoru Ulysses R. McKinleyin sümük soruşdu.

- Yox,- onun xanımı Karen Wrightsman sümük cavab verdi-mənim ideyam yoxdur.

Bir dəqiqə panik yarandı və zəngin olmayan qəlb orda nəsə olmuş kimi olmuşdu bu an və hər şey də yəni boş bir şey kimi keçib getməmişdi.

Yenə gərginlik idi. Barometr küncdə atılıb qalmışdı və indi onunla heç kimin işi yox idi. İndi ona inanmaq, inanmaq ki, qaranlıq və soyuq olsa belə çox şeyin unudulması, təkcə kişi sümüyün sağda, qadın sümüyün solda olması sadə həqiqəti mürəkkəbləşdirmişdi.

Öz səsini eşidəndə diksindi.Sözün düzünü qaranlıqda və soyuqda demişdi, əslində öz- özünə demişdi:

- Mən onu görürəm.

Canlı və oyaq, yəni işıqda yox.

Qaranlıqda olanda nələrisə görmək gülə-gülə” mən səni döyəcəyəm”- anlamına gəlirdi.

Gülüşü üzündən götürüb başqa nümünə kimi özünü gözləyirdi.

Qaranlıq və soyuq gözəl idi. Qəribə olan o idi ki, sadə olan mürəkkəbləşmişdi.

Onun səsində qəm vardı və bu qəm onu şad edirdi. Heç özü də bilmirdi nə baş verib.

- İzoterika ilə maraqlanıram,-sakit olmayan tərzdə dedi.

Bir neçə addım atdı və ilk dəqiqədən gimnastika hərəkətləri kimi başladı saymağa. Şirin heç nə tapmadı bu gözlənilməz hərəkətlərdə.

Fiziki cəza əlavə olaraq fikrindən keçdi və bu yeni bir sual yaratdı və bu cəhd xoş bir nifrət üçün əsas idi həm də. Siqnal itəndə bu proqram üçün special case idi.

- Gedib qayıtmağa yetməz bu zəhirmar vaxt hə?

- Belədə orta əsrlərdə olduğu kimi çox kiçik addımlar atmaq və itmək və hündür binalarla əhatə olunmaq və buna müxtəlif nöqteyi-nəzərlərdən baxmaq... aman Allah, bu çox kiçik addımlar gerimi aparır sümüyü yoxsa irəli?Bəlkə yerində sayırsan?

Çox kiçik addımları başa düşmədi,bəs bu itmək nə idi görəsən?

Sualın cavabını axtarırdı.

***

təkrar

Epidermis təltəlşüur ruhi proseslər zamanı çətin nəfəs alırdı. Sinkope orqanizmin ümumi reaksiyasına mənfi təsir edirdi. Hipnotik müalicə zamanı tibbin uğuru sayılacaq və somnanbulizm live birth-in ürək ritmini artıracaq və yuvenilizm ölüm anı kömək də ola bilərdi.Və Adams-Stoks-Morqani sindromu həyatı boyu adamı heyrətdə saxlayırdı.

***

irsi

- Uh, uh, mən buna şübhə edirəm.

O özünə əmin olmalı idi ki, təsəvvür edə bilər bütün bunları.Nəfəs almaq çətin oldu.İndi heç nə eşitmirdi. Elə bil ki, heç nəyi yox idi daha.

Elevatorun yanındaydı. Bu lap ilk öpüşə oxşayırdı və gözləmək ki, əleyhinə olan “sən məni tanımırsan, lakin mən səninlə söhbət edirəm”-deyə bilsin.

Sakitcə ona baxanda qaranlıqda daha heç nədən qorxmadı.

- Mənim sənin sözlərinə ehtiyacım var.

- Oh,-dedi və belə göründü ki, hər şeyi başa düşüb.

Bu lap möcüzəyə oxşayırdı, yəni yenidən elevatorla saatlarla söhbət etmək.Perfekt.

Hiss etdi ki, sabah hər şey sekret də ola bilər, hələ ki, istedadın arxasında tanış olmayan təəccüb və bu təəccübün özünə qayıtması elevatoru fikirləşməyi və özündə nəsə hiss etməyi, sanki öz fokusunu itirməyi kimi...

Bir elevator hansı ki, sən onu ilk dəfə orada görmüşdün, tutuna bilmişdin, bir neçə dəfə “göz ürəyin aynasıdı” təəssüratı üzündən oxunmuşdu yaxud əksinə. Yenə nəfəs almadı və ağrı hiss etdi.

- Yaxın gəl,- dedi.

Əlləri elevatorun belini sığalladı və bu relyef gözlənilməz oldu və onda qəmli olmaq və ağzını yummaq – başlanğıc, davam və son.Bilmədi ki, bu belədi. İstədi qışqırsın, lakin onun çiyninə toxunanda kənara doğru hərəkət etdi.

- Yox,- dedi - mən belə etməməliyəm.

Başını yellədi.

- Yenə qüssəli görünürsən-dedi.

Təəccübünə rəgmən ilıq bir nəsə keçdi içindən.

- Sən uzun zaman belə dayana bilməyəcəksən.

Cavab gecikmədi.

- Əgər sən sona qədər mənimlə olsan...

...Qaranlığı dərk etmək çətin idi.

- Dünən də səni istəyirdim.

Barmaqlar bir-birinə toxunanda dedi bunu.

- Özümü hiss edirəm.

- Yox!Sən yox. Bu sən deyilsən.

Bu hisslər fiziki olaraq “heç vaxt belə etməmişdi”- cümləsini fikrindən keçirməyilə heç vaxt əvvəllər özünü belə hiss etməmişdi həm də. Qayğıya qalmaq və ilk dəfə belə bir şeyin olması, heç vaxt belə olmaması demək idi.

- Mənə inanırsan?

Elevator musiqisi gəlirdi uzaqdan.

- Bu sənin üçündü.

Əks-səda.Nə etmək lazım idi? Nəfəs almadı.

- Heç nə demə.

Yox...

Yox...

Yox...

Cəhənnəm olsun hər şey.Hələ nəfəs almırdı.

- Məni eşidirsən?

- Əcəb qəribədi.Hər şey qəribədi.

Əlavə pauza.

***

təkrar (ardı)

İtilin və Babilin itməsi ilə sağ və sol sümüklərin itməsi arasında əlaqə vardı.Hər şey gedirdi, gedirdi və heç nə qalmırdı.Əksinə də ola bilərdi.

-Nə, nə?

***

qeyri-irsi

“end note” silsiləsindən

Rəssam Pablo Pikasso sümüyün natural YAZI rəsmi:

Meh Setti Off sümük Kuala sümüyün qucağıdakı uşaq sümüyü görəndə, onun yuxulu gözlərində kiçik bir təbəssüm vardı.

- Mənə kömək edərsiz?

Meh Setti Off sümük Sarah Xaraba sümüyə yaman oxşayırdı və bu bənzərlikdə də nəsə vardı. Bəlkə Sarah Xaraba sümük elə Meh Setti Off sümük özü idi. Bəlkə də belə deyildi?

Uşaq sümüyün üzündəki təbəssüm get-gedə azaldı və yox oldu. O, bilmədi ki, axşam yatanda həmin uşaq sümüyü tavandan sallanan ipdən asırlar, kətili də çəkirlər ayaqlarının altından.

Məsələ bunda idi ki, hər evdə vardı o uşaq sümük-melo skelet kukla. Meh Setti Off sümük də asırdı uşaq sümük - melo skelet kuklanı və günlərin birində ona “öl”-dedi və öldü , o da, kamalı-ədəblə onu aparıb qəbristanlıqda basdırdı.

Bu ilk uşaq sümük - melo skelet kukla idi ki, qəbristanlıqda basdırılırdı və burası da vardı ki, Meh Setti Off sümüyün basdırdığı uşaq sümük - melo skelet kuklanın başında tac vardı.

Onun “Sağ və sol sümüyün yeni təfəkkürü və 3651 ovsun damcı Budda”kitabında da vardı bütün bunlar.

Bu kitaba çevik yanaşmada aqressivlik çatışmırdı və bu sərhədsizliyi bu istiqamətdə atılan ilk addım kimi dəyərləndirmək də olardı, hərçənd kitabda xeyli çatışmazlıqlar da vardı və bu açıq-aşkar görünürdü.

***

paradoksal

“çəkinti” silsiləsindən

Qəddafi sümüyün bir dəftəri vardı və o öz fikirlərini, gördüklərini, eşitdiklərini və s. o dəftərə yazırdı və o həmin dəftərə “mənim kompasım”-deyirdi. Həmin dəftər- kompas çox qarmaqarışıq idi, yəni onun yazı tərzi belə idi, yalnız Qəddafi sümük özü başa düşə bilərdi ki, orda nə yazılıb.

***

xatırlatma (ardı)

Hündür adam sümüklər hamısı podaqra xəstəliyinə tutulmuşdu.

Adam sümüklər Afrika meymunları kimi lap hoppana-hoppana harasa tələsirdilər.

Duru nəcis güclü göz yaşı ifrazı yaradırdı...

(İxtisarla)

XS
SM
MD
LG