-
İyulun 16-da bir qrup PKK-çı Türkiyənin İğdır vilayətindən Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsib.
Terrorçular yük maşınını saxlayıb sürücünü düşürüblər. Budan sonra maşına od vurub hadisə yerindən qaçıblar.
Xəbəri Türkiyənin «Milliyet» qəzeti yayıb.
Şahidlər deyib ki, maskalı terrorçular havaya atəş də açıbmış.
Təhlükəsizlik qüvvələri onların axtarışına başlayıb.