Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

"Yayın ortasında 80 qəpiyə pomidor olar?"


8-ci kilometr bazarı
8-ci kilometr bazarı

-

Bakıdakı 8-ci kilometr fermer yarmarkası həmişə ucuz bazar kimi tanınıb.

Amma indi burda satıcı da, alıcı da alverdən, qiymətdən narazıdır.

Düzdür, satıcıların da, alıcılıarın da çoxu mikrofona danışmaq istəmir.

Adını söyləməyən gənc qadın deyir ki, ötən illər alver bundan yaxşı gedib, bu ilsə qiymət bahadır deyə alıcı yoxdur. Qiymət bahalanmasını kimi məhsulun azlığıyla, kimi Avropa Oyunlarıyla bağlayır.

“OLİMPİYA OLDU...”

Camaatda pul yoxdur, pul olsa qiymətə baxmaz.

Satıcı Təranə deyir ki, keçən il alver yaxşı gedib. “Bu il kasadçılıqdı. Olimpiya oldu, iş qüvvəmiz olmadı, işçi qazana bilmədi deyə bizdə də kasıbçılıqdı”.

8-ci kilometr bazarı
8-ci kilometr bazarı

Ərik, gilas, şaftalı satan Samir adlı gənc satıcı da alverin zəif olduğunu bildirir və səbəbini də işsizlikdə görür. Deyir ki, camaatda pul yoxdur, pul olsa qiymətə baxmaz.

Tovuzdan kartof gətirən 3 gənc bizi müştəri sanıb kisələrin ağzını açır, üç cür kartof təklif edir, üç cür də qiymət deyir: “30 qəpik, 40 qəpik, 50 qəpik”. O da alıcı qıtlığından narazıdır. Səbəbini soruşanda çiynini çəkir, deyir ki, “hər cür malımız var, qiymət də münasibdir, bilmirik camaat niyə yaxın gəlmir”.

“LUMU, ƏLBƏTTƏ, BAHA OLACAQ”

Nəcibə Əsgərova da bu bazarda satıcıdır. Danışmaq istəməyənlər onu nişan verir: “O, danışar” deyirlər. Lənkəranlı Nəcibə xala limon satır, dördünü bir manata verir:

- Alverimiz qəşəng, mallarımız qəşəng. Bizim məhsul ucuzdu, gavalı 50 qəpikdi... Lumu bahadır? Afrikadan gəlir, “tamojnı”dan keçir, əlbəttə baha olacaq. Lənkəranda çıxanda lumu da ucuz olacaq. Yerli məhsullara bax, gavalı 50 qəpik, şaftalı 80 qəpikdi. Allah camaata bərəkət versin, cibi dolu olsun.

Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

Başqa bir satıcı da ona dəstək verir:

8-ci kilometr bazarı
8-ci kilometr bazarı

- Qiymətlər münasibdir, başqa bazarlara baxanda. Tərəzilər möhürlü. Mədəni qulluq. Hamı razıdır.

“POMİDORUN QİYMƏTİ ÇOX BAHADIR”

Alıcılar isə əvvəldə də dediyimiz kimi elə də razı deyillər. Məsələn, bazarda bir xeyli dolanan Nərminə xala hələlik heç nə almamışdı.

O, deyir ki, bazarda nəyəsə yaxın durmaq olmur, hər şey bahadır. Onun sözlərinə görə, əvvəlki illərə baxanda bu il mürəbbə bişirməyib. Bişirmək bir yana, uşaqlara yeməyə doyunca mer-meyvə də ala bilməyib. Ən çox da pomidorun qiymətindən narazıdır: “Ən baha pomidordu. 80 qəpikdi. Əvvəl ucuz idi, indi çox bahalanıb, kasıb-kusub alacaq səviyyədə deyil”.

Tahirə Məmmədova da alıcıdır, dediyinə görə, qiymət nə yaxşıdır, nə pis, ortababdır.

Gözlə

No media source currently available

0:00 0:00:17 0:00
Direct-ə keçid

Onun da şikayəti pomidorun qiyməti ilə bağlıdır: “Pomidorun qiyməti çox qalxıb, qalanları normaldır. Mer-meyvə yaxşıdır.

Bir ayağını qaçaraq qoyan Sevda da dilxordur, deyir ki, bu il meyvə çox bahadır.

Əriyi keçən dəfə 3 manata almışdım, bu dəfə 2 manatdır, gilas elə 2 manatdır, 1 manat yarımdır”.

8-ci kilometr bazarı
8-ci kilometr bazarı

Bir ayağını qaçaraq qoyan Sevda da dilxordur, deyir ki, bu il meyvə çox bahadır.

“KİMİN ÜRƏYİ HANSI QİYMƏTƏ İSTƏYİR, SATIR”

Uzun sorğu-sualdan sonra kiloqramı 1 manat 50 qəpiyə lobya çəkdirməyə qərar verən ortayaşlı müştəriyə yaxınlaşıram. Mal almaq üçün niyə bu qədər çətin qərar verməsinin səbəbini soruşuram. Deyir: “Kimin ürəyi hansı qiymətə istəyir, ona da satır. Bahalıqdır. Mən də nə sərf edir onu alacam. Lobya, pomidor, xiyar, alça...”

“ÇOBAN BAYATISI”NIN YANIQLI SƏDASI

Alveri babat gedənlərdən biri tütək satan Vaqif Mustafayevdir.

Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

Bazarın hər yerində onun ifa etdiyi “Çoban bayatı”sının yanıqlı sədasını eşitmək olar. Deyir ki, günə 30-40 dənə satır, birini 2 manata, 2 manat yarıma. Onun ən böyük arzusu efirə çıxmaq, tanınmaqdır. Bir də mümkün olsa, klarnet almaqdır.

Mühafizə xidməti özünü yetirib bazardan reportajı dayandırmağımızı istəyir: “İndi rəis burda yoxdur, gələr, icazə verər, çəkərsiz”.

Bazardan çıxırıq, “Çoban bayatısı”nın səsi hələ də eşidilir.

XS
SM
MD
LG