Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:51

Qənimət Zahidin qardaşı oğlunu saxladılar


Qənimət Zahid
Qənimət Zahid

-

"Hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir"

«Azadlıq» qəzetinin baş redaktoru, «Azərbaycan saatı» verilişinin müəllifi, hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahidin daha bir qardaşı oğlu polis tərəfindən saxlanıb.

Rüfət Zahidovu iyulun 20-də Yasamal rayonunda işlədiyi şirkətdən aparıblar.

Bu barədə AzadlıqRadiosuna onun atası Fərasət Zahidov məlumat verib:

«Üç gündür ki, evimiz nəzarət altında idi. Gözətçi qoyulmuşdu ki, görsünlər bizə kim gəlib-gedir. Halbuki heç gəlib-gedənimiz yoxdur. İndi telefonuna zəng edirəm, zəng çatmır. İş yoldaşları öyrənib ki, hazırda Narkotiklərlə Mübarizə İdarəsindədir, biz də ora gedirik».

Bir neçə gün öncə - iyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu – Tural Zahidov da saxlanaraq Şamaxı polisinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə suçlanaraq 30 sutka həbs cəzası alıb.

Qeyri-iş günü olduğundan baş verənlərlə bağlı rəsmi mövqe ala bilmədik.

Qənimət Zahid AzadlıqRadiosuna açıqlamasında baş verənlərin «Azərbaycan saatı» ilə bağlı olduğundan əminliyini bildirib:

«Şübhə etmirəm ki, bu həbs və təqiblər «Azərbaycan saatı» ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, «Azərbaycan saatı» getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir».

XS
SM
MD
LG